BEST FOOD CATERİNG MMC

Şirkət haqqında:
“Bestfood Catering” şirkəti 2018-ci ildən fəaliyyət göstərir və Azərbaycanın iaşə bazarında ən nüfuzlu şirkətlərdən biridir. Qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri də bu işdə daima təkminləşmək və müştərilərimizə yüksək səviyyədə xidmət göstərməkdir. Çalışdığımız müddət ərzində şirkətimizin adı daima yüksək peşəkarlıq, keyfiyyətli xidmət, ciddi nəzarət edilən qida məhsulları ilə yüksək qiymətləndirilmiş, və bizi nüfuzlu və inamlı iaşə xidməti göstərən şirkət olaraq tanıtmışdır. İstehsalatın ilk addımından servis xidmətinə qədər keyfiyyətdə güzəştə getməyən şirkətimiz tədarükçülərini xüsusi diqqətlə seçir. Şirkətimiz, öz sektorunda professional və marka dəyəri yüksək qurumlarla əməkdaşlıq edərək istehsal mərhələsini heç bir problem olmadan planlı şəkildə həyata keçirir.
Göstərdiyimiz xidmətin zəruri tələblərindən olan beynəlxalq və yerli standartlara cavab veririk, ISO 22000:2005 (Qida Təhlükəsizliyinin İdarəetmə Sistemi), ISO 9001:2015 (Keyfiyyətin İdarə olunması) və OHSAS 18001:2007 (İş sağlamlığı və Təhlükəsizliyi Sistemi) kimi beynəlxalq sertifikatları əldə etməklə öz işimizdə Avropa standartlarını tətbiq edirik.
Əlaqə vasitələri:
Menecer (Zəngilan rayonu) Catering
Əsas tələblər:
- Ali təhsil (İdarəetmə, Turizm, İctimai iaşə və ya əlaqəli sahələr üzrə arzuolunandır);
- Catering sahəsində ən azı 2-3 il iş təcrübəsi (menecer vəzifəsində təcrübə üstünlükdür);
- Komandanın idarə olunması üzrə təcrübə və liderlik bacarığı;
- Müştəri məmnuniyyəti yönümlü düşüncə və xidmət keyfiyyətinə nəzarət bacarığı;
- Təchizat və logistika proseslərini koordinasiya etmək bacarığı;
- Tədbirlərin təşkili və operativ idarə olunmasında çevik yanaşma;
- Gərgin və çoxşaxəli iş rejimində işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst, rus və ingilis dillərini bilməsi arzuolunandır;
- MS Office proqramları və ya catering idarəetmə proqramları ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Gündəlik fəaliyyətin idarə olunması və heyətin koordinasiyası;
- Müştəri sifarişlərinin qəbulu, planlaşdırılması və icrasına nəzarət;
- Müştərilərlə əlaqə quraraq satışların artırılmasına töhvə vermək;
- Müştərilərin istəklərinə uyğun təkliflər hazırlamaq və xidmətlərimizi effektiv təqdim etmək;
- Layihələrdə müştərilərin tələblərinə uyğun düzəlişlər etmək;
- Layihələrin icrasına nəzarət etmək və yaranan problemləri həll etmək;
- Təchizatçılarla əməkdaşlıq və ehtiyacların vaxtında təmin olunması;
- Banket, korporativ tədbir və gündəlik xidmətlərin təşkili;
- Menyu planlamasında və qiymət siyasətinin formalaşdırılmasında iştirak;
- İşçi heyətin qrafikinin tərtibi və performansına nəzarət;
- Keyfiyyət və sanitariya standartlarına riayət olunmasına nəzarət;
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
İş şəraiti:
- Zəngilan rayonu
- 6 günlük iş qrafiki
- Əmək haqqı: 1500 AZN
WhatsApp: +994 10 311 4152 (yalnız mesajlar üçün).