N1 Çörək Zavodu

Şirkət haqqında:
“Xəzri TN” MMC-yə məxsus ümumi sahəsi 3 hektara yaxın olan №1 Çörək Zavodunun tikintisinə 2012-ci ildə başlanmışdır. Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən, ən müasir standartlara cavab verən zavodun açılışı 18 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmişdir.
Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod Almaniyanın Werner & Pfleiderer şirkətinə məxsus ən son texnologiya və avadanlıqlarla təchiz olunmuşdur.
Günlük istehsal gücü 150 ton olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılmışdır.
Əlaqə vasitələri:
Anbar operatoru
İş Yeri: № 1 Çörək Zavodu
İş barədə məlumat:
- Gündəlik olaraq məhsulların giriş və çıxış əməliyyatlarının görülməsi.
- PL və xarici malların alışı, stokdan cıxarılması, stoka nəzarət edilməsi.
- Anbarlar arası transferlər.
- Satış şöbəsinin sifarişlərinin təmin olunması və anbarlar arası uçotların aparılması.
- Gündəlik sənədlərin qəbulu və yoxlanılması
- UYUMSOFT , WORD, EXCELL programlarında anbar əməliyyatlarının aparılması
Tələblər:
- Yalnız bəy namizəd
- İş qrafiki: 1 /1 20:00 – 8:00
- Əmək haqqı: 800 azn
- Yaş həddi: 25-40
- İş təcrübəsi: 1-3 il
- Yüksək səviyyədə riyazi biliklər və “1C” programı bilikləri