Barista
Qəhvəni sevgi ilə hazırlayırsan? Müştərilərlə ünsiyyət qurmaq sənin üçün rahatdır?
O zaman Germaine de Capuccini Cafeshop ailəsinə sən də qoşul!
Tələblər:
- Barista sahəsində minimum 1 il təcrübə
- Qəhvə növləri və hazırlanma üsulları üzrə bilik və ya öyrənməyə maraq
- Gülərüz, səliqəli və məsuliyyətli olmaq
- Müştəri məmnuniyyətinə önəm vermək
- Azərbaycan və rus dillərində sərbəst danışmaq
- Komandada işləmək bacarığı
Əsas Vəzifələr:
- Müştərilərin mehriban qarşılanması və sifarişlərin düzgün yerinə yetirilməsi
- Avadanlıqların və iş zonasının təmizliyinə nəzarət
- Qonaqlara keyfiyyətli və diqqətli xidmət göstərilməsi
- Kafedə gigiyena və nizam-intizamın qorunması