Expert SM
Şirkət haqqında:
Expert SM hüquq şirkəti 2002-ci ildə Bakıda yaradılmışdır. Expert SM şirkəti 2011-ci ilin yanvar ayında EDTP – Peşəkar hazırlıq və sahibkarlığın inkişafı proqramı sertifikatını almışdır (EDTP yerli biznesin inkişafına köməklik məqsədi ilə BP-nin təşəbbüsüdür, BP şirkəti və onun Azərbaycandakı partnyorları tərəfindən maliyyələşdirilir. Proqram BP-nin və onun partnyorlarının yerli Azərbaycan şirkətləri ilə kontraktlarının sayının artması və bununla da yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına imkan yaratmaq üçün BP-nin səylərinin bir hissəsidir).
Mart 2011-ci il tarixdən “Expert SM” şirkəti Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının üzvüdür.
Bizim firmanın yaranmasından az bir müddət keçməsinə baxmayaraq, biz böyük müvəffəqiyyətlər qazanmışıq. Bu müvəfəqiyyətlərin əsasını şirkətin əməkdaşlarının uzun illər müddətində əldə etdikləri yüksək praktika təşkil edir. Bu vaxt ərzində Expert SM firmasının hüquq firması kimi müxtəlif hüqüqi yardım və konsaltinq xidməti, hüquqi şəxslərin yaradılması və onların fəaliyyətinin koordinasiyası sahəsində ixtisaslaşmış dinamik reputasiyası formalaşmışdır.
Əlaqə vasitələri:
SMM üzrə mütəxəssis / Rəqəmsal marketoloq
Vəzifə öhdəlikləri:
- Sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn, TikTok və s.) təşviqat strategiyasının hazırlanması və həyata keçirilməsi
- Kontentin hazırlanması və yerləşdirilməsi (postlar, Stories, Reels, video, məqalələr, infoqrafika)
- Şirkət saytının idarə olunması və yenilənməsi (xəbərlər, məqalələr, SEO optimizasiya)
- Hədəfli və kontekst reklam kampaniyalarının idarə edilməsi (Facebook Ads, Google Ads)
- Kampaniyaların effektivliyinin təhlili və hesabatların hazırlanması
- Trendlərin izlənməsi və yeni təşviqat formatlarının tətbiqi
- PR fəaliyyəti: bloqerlər, media və tərəfdaşlarla əməkdaşlıq
- Brendin tanınmasını artırmaq və hədəf auditoriyanı cəlb etmək
Tələblər:
- SMM, rəqəmsal marketinq və ya PR sahəsində minimum 1 il iş təcrübəsi
- Kontent-plan hazırlamaq və kreativ kontent yaratmaq bacarığı
- Analitika alətləri ilə işləmək bacarığı (Meta Business Suite, Google Analytics və s.)
- SEO prinsipləri və internet reklamı haqqında bilik
- Qrafik və video redaktə proqramları ilə işləmək bacarığı (Canva, Photoshop, CapCut və s.)
- Səlis və savadlı yazı qabiliyyəti
- Məsuliyyətli, təşəbbüskar və kreativ olmaq
Üstünlük veriləcək:
- İngilis və/və ya digər xarici dilləri bilmək
- Beynəlxalq auditoriyaya layihə təşviqatında təcrübə
- Email-marketinq bacarığı
Şərtlər:
- Ofisdə və ya uzaqdan iş imkanı (razılaşma ilə)
- Nəticəyə yönəlmiş çevik iş qrafiki
- Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı
- Rəqabətədavamlı əməkhaqqı + nəticəyə görə bonuslar