Korporativ Katib (İdarə Heyətinin Sədri və Baş İcraçı Direktor üçün)
İş şəraiti
- İş yeri: İcraçı Ofis
- Hesabat verir: İdarə Heyətinin Sədri və Baş İcraçı Direktor
- İş rejimi: Tam iş günü
- Ə/h razılaşma ilə olacaqdır.
Vəzifə haqqında:
AS Group Holding, idarə heyətinin sədri və baş icraçı direktoruna yüksək səviyyəli icraçı, inzibati və operativ dəstək göstərə biləcək Korporativ Katib axtarır. Bu rol, rəhbərliyin iş qrafikinin optimal planlaşdırılması, strateji qərarların icrasının izlənməsi və bütün daxili və xarici əlaqələrin effektiv idarə olunmasını təmin edəcək.
Vəzifə öhdəlikləri:
- İdarə heyətinin sədri və baş icraçı direktor üçün mürəkkəb təqvimlərin, görüşlərin, səfərlərin və prioritet planların idarə edilməsi
- Daxil olan müraciətlərin, zənglərin, e-poçtların və sənədlərin peşəkar şəkildə yönləndirilməsi və idarə olunması
- İcraçı materialların hazırlanması: gündəliklər, hesabatlar, təqdimatlar və arayışlar
- Strateji qərarların icrasına nəzarət və departament rəhbərləri ilə koordinasiya
- İdarə heyəti üzvləri, investorlar, dövlət qurumları və digər tərəfdaşlarla əlaqələrin qurulması və saxlanılması
- Yüksək səviyyəli görüşlər, işgüzar tədbirlər və rəsmi qəbulların təşkili
- Məxfilik və peşəkarlıq prinsiplərinə tam riayət
Namizədə tələblər:
Namizədə tələblər:
- Ali təhsil (Hüquq, İqtisadiyyat və ya İdarəetmə üzrə)
- Maliyyə və ya hüquq sahəsində minimum 3 il iş təcrübəsi
- Ali rəhbərlərə dəstək sahəsində bənzər vəzifədə minimum 3 il iş təcrübəsi
- Sərbəst araşdırma aparmaq bacarığı, komandada işləmək qabiliyyəti və yüksək məsuliyyətlilik
- Detallara diqqət və tapşırıqları prioritetləşdirmək bacarığı
- Yüksək peşəkar görünüş, emosional zəka və sadiqlik
- Microsoft Office və digər ofis proqramlarında yüksək səviyyədə bilik və praktiki istifadə bacarığı
- Səlis danışıq və yazı bacarığı
- Dil bilikləri: Azərbaycan dili – əla; Rus dili – əla; İngilis dili – əla
Müraciət üçün: CV-nizi qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Korporativ Katib” qeyd edərək göndərin.