Camal LTD

Şirkət haqqında:
20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.
“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.
2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.
Əlaqə vasitələri:
Maddi vəsaitlər üzrə mütəxəssis
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya muhasibat uçotu üzrə ali təhsil;
- Əsas vəsaitlərin idarəolunması sahəsində minimum 1 il iş təcrübəsi;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
- SAP və ya digər ERP proqram bilikləri;
- İşdə dəqiqlilik və detallara fikirvermə qabiliyyəti;
- Analitik təhlil, çevik qərarvermə və komandada işləmə bacarığı
Vəzifələri:
- Yeni alınmış vəsaitlərin sistemə daxil edilməsinə nəzarət etmək;
- Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək ,vəsaitlər haqqında məlumatların sistemə daxil edilməsinə nəzarət etmək;
- Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və operativ inventarizasiyasını aparmaq və vəsaitlərin əməkaşlara təhvil-təslim aktı üzrə təhkim etmək;
- Əsas vəsaitlərin kodlaşdırılmasını təmin etmək;
- Əsas vəsaitlər üzrə yerdəyişmələrə nəzarət etmək ,hər bir yerdəyişmə üçün təhvil-təslim aktı tərtib etmək;
- Satış edilmiş və digər bizneslərdə istismar edilən əsas vəsaitlərin uçotunun düzgün aparılmasını təmin etmək;
- Təmirə ehtiyacı olun əsas vəsaitləri (tehvil-teslim aktı ilə) təmirə göndərmək;
- İşdən ayrılan əməkdaşlara təhkim olunmuş vəsaitləri yoxlayaraq təhvil almaq;
- Rüblük və illik maliyyə və mühasibat hesabatlarının tərtibi üçün həqiqi və etibarlı uçot göstəricilərinin və məlumatların hazırlanması;
Digər məlumatlar:
- 6 günlük iş həftəsi, tam iş günü;
- Vəzifə üzrə əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin edilir.
Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə 9 "Camal" LTD şirkəti (Dondurma zavodu)
Maraqlanan namizədlər cv-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.