Azərşəkər LLC

Şirkət haqqında:
"Azərşəkər" şirkəti olaraq yeni iş imkanları və canlandırılmış kənd təsərrüfatı üçün 2017-ci ildə yola çıxdıq
Hədəfimiz dünyada mövcud qabaqcıl texnologiyanı uğurla tətbiq edərək, yüksək effektivli idarəetməyə malik aqroholdinq kimi fəaliyyət göstərməkdir. Azərşəkər olaraq anlayırıq ki, bu yolla ölkəmizin iqtisadi inkişafının dayanıqlığına, iqtisadi müstəqilliyinə töhvə vermiş olacağıq.
Şirkətimizdə komanda işinə dəyər verərək, daim inkişaf edən bacarığımızla dünyanın ən son kənd təsərrüfatı texnologiyalarını tətbiq edirik. Korporativ sosial məsuliyyəti təşviq edərək ölkəmizin kənd təsərrüfatı sektorunda örnək dəyərlərə malik bir şirkətik.
Əlaqə vasitələri:
Kiçik aqronom-Yevlax
Vəzifə öhdəlikləri:
- Əkin, gübrələmə, suvarma, dərmanlama və digər aqrotexniki tədbirlər üzrə toplanan məlumatların gündəlik, həftəlik və mövsümi qaydada qeydiyyatını aparmaq.
- Torpaq, su və bitki analizlərinin nəticələrini işləyib təhlil etmək, məhsuldarlığa təsir edən faktorları müəyyənləşdirmək.
- Əkin sahələrinin məhsuldarlıq göstəricilərini əvvəlki illərin nəticələri ilə müqayisəli analizini aparmaq və inkişaf tendensiyalarını müəyyən etmək.
- Bitkilərin inkişaf mərhələləri, xəstəlik/zərərverici müşahidələri və tədbirlərin effektivliyi barədə statistik məlumatları toplamaq və sistemləşdirmək.
- Hazırlanan analizlər əsasında idarəetmə orqanlarına yazılı hesabatlar təqdim etmək (aylıq, mövsümi, illik formatlarda).
- Hesabatlarda həm faktiki nəticələr, həm də növbəti mövsüm üçün təklif olunan tədbirlər barədə əsaslandırılmış təkliflər vermək.
- Aqrar fəaliyyətlə bağlı rəqəmsal platformalarda (ERP, MS Excel və s.) məlumatların düzgün və tam şəkildə daxil olunmasını təmin etmək.
Vəzifə tələbləri:
- Müvafiq sahə üzrə ali təhsil
- Azərbaycan dili səlis, ingilis dili arzu olunandır.
- MS Office (Word, Excel, Power Point) proqramlarında işləmək bacarığı
Əlavə məlumat:
- Struktur: Əməliyyatlar departamenti
- Bilavasitə tabe olduğu şəxs: Aqronom məsləhətçi
- İş yeri: Yevlax rayonu
- İş qrafiki: 6 günlük iş həftəsi (həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Kiçik aqronom-Yevlax) qeyd edərək qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq