Azerbaijan Energy Regulatory Agency

Şirkət haqqında:
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin “Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında” yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülmüşdür.
Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələri Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əsas fəaliyyət istiqamətləri olaraq müəyyənləşdirilmişdir.
Agentliyin fəaliyyəti üçün “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlara dəyişiklik edilərək Agentliyə müvafiq qurumlar tərəfindən haqq ödənilməsi üçün hüquqi baza yaradılmış, Energetika Nazirliyi tərəfindən həmin haqların ödənilməsi qaydası müəyyən edilmiş, Agentliyin ştat cədvəli və xərclər smetası Energetika Nazirliyinin 1 mart 2018-ci il tarixli, 26 nömrəli Əmri ilə təsdiq edilmiş və Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlamışdır.
Nizamnaməyə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən nəzarətin prosedurlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanı ilə “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilmişdir.
Əlaqə vasitələri:
Enerji effektivliyi departamenti, Kreditləşmə sektoru– Böyük mütəxəssis
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Müvəkkil kredit təşkilatları ilə birbaşa əməkdaşlıq edərək güzəştli kreditlərin verilməsi prosesini icra etmək;
- Müvəkkil kredit təşkilatlarından daxil olan kredit sifarişlərini qəbul etmək, onların tələblərə uyğunluğunu yoxlamaq və müvafiq sənədlərin hazırlanmasını həyata keçirmək;
- Müvəkkil kredit təşkilatları vasitəsilə veriləcək güzəştli kreditlərin ilkin qiymətləndirməsini icra etmək;
- Kreditlərin istifadə edilməsi və kredit ödənişlərinin izlənməsini yerinə yetirmək;
- Kredit müraciətlərinin enerji effektivliyi tələblərinə uyğunluğunun yoxlamaq;
- Kredit müraciətlərinin analizi, maliyyə və risk qiymətləndirilməsini həyata keçirmək;
- Kredit verilməsi üzrə təkliflərin hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Müvəkkil kredit təşkilatının kreditləşmə üzrə limitinin yuxarı həddi ilə bağlı rəhbərliyin qərar qəbul etməsi üçün lazımi maliyyə göstəricilərini təqdim etmək.
- Güzəştli kreditlərin verilməsi ilə bağlı qaydaların və prosedurların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
- Enerji effektivliyi sahəsində beynəlxalq və yerli maliyyələşdirmə mexanizmlərinin araşdırmaq;
- Sahəsinə uyğun normativ sənədlərin hazırlanmasında iştirak etmək;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak etmək;
- Sektorun fəaliyyəti və kredit məhsullarına dair gündəlik, aylıq, rüblük ve illik hesabatları hazırlamaq;
- Sektora daxil olan ərizə, müraciət, təklif və şikayətləri araşdırmaq və cavablandırılması işində iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıq və vəzifələri icra etmək;
- Rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
- Departamentin Əsasnaməsi ilə üzərinə düşən vəzifələrin icrası məqsədi ilə qanunvericiliklə qadağan edilməyən digər zəruri işləri yerinə yetirmək.
TƏLƏBLƏR:
- Ali iqtisadi təhsil;
- Kredit qiymətləndirilməsi, maliyyə analizi və ya risklərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi ;
- Yaş həddi 25-45 aralığı;
- MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı;
- Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə rus dili arzuolunandır;
- Enerji effektivliyi və ya yaşıl maliyyə sahəsində anlayış və maraq.
- ACCA F3, FMVA və ya CFA sertifikatının olması arzuolunandır.
- Bank sektoru və ya kredit təşkilatlarında iş təcrübəsi üstünlükdür.
DİGƏR:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (Cv-lərini) qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Enerji effektivliyi departamenti, Kreditləşmə sektoru– Böyük mütəxəssis) qeyd edin.