Superfon

Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir.
Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Əlaqə vasitələri:
Təchizat üzrə kiçik mütəxəssis (Gəncə)
İş yeri: Gəncə şəhəri
Vəzifə öhdəlikləri:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasının təşkil edilməsi;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
- Bütün tələb olunan sənədləşmə və yazışmaları aparmaq;
- Təchizat/satınalma müqavilələrini hazırlamaq və razılaşdırılmasını təşkil etmək.
Tələblər:
- İş təcrübəsi: Müvafiq sahə üzrə min. 1-2 il
- Təhsil: Ali
- İşgüzar ünsiyyət etikası;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Hesabatların tərtib edilməsi bilikləri;
- ERP sistemdə və ofis proqramlarında işləmə bacarığı.
- Şəxsi avtomobil
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Korporativ mobil nömrə.
- Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təchizat üzrə kiçik mütəxəssis (Gəncə)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.