Azersun Holding

Şirkət haqqında:

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.

Qida sektorunda  Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.

"Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.

Əlaqə vasitələri:

Keyfiyyətə nəzarət üzrə İnspektor

Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC

Tələblər:

  • Ali təhsil: (Sənaye mühəndisliyi, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Maşınqayırma mühəndisliyi üzrə)
  • Keyfiyyətə nəzarət, proses nəzarəti və istehsalat sahəsində minimum 1-2 il iş təcrübəsi (arzuolunandır)
  • ISO 9001 və digər müvafiq standartlar üzrə biliklər
  • MS Office proqramlarında işləmək bacarığı
  • Diqqətli, məsuliyyətli və analitik düşünmə bacarığı
  • Komandada işləmək və texniki sənədlərlə işləmək qabiliyyəti

Əsas vəzifə öhdəlikləri:

  • İstehsal proseslərinin hər mərhələsində texnoloji ardıcıllığı və məhsulun keyfiyyətini izləmək, baş verən uyğunsuzluqları yazılı şəkildə Baş inspektora bildirmək
  • İstehsal xətlərində, avadanlıqlarda və texnoloji parametrlərdə nasazlıq və limitdən kənara çıxma hallarında dərhal əlaqədar şəxslərə məlumat vermək və tədbirləri sənədləşdirmək
  • Proses Kontrol təlimatlarına və referans sənədlərə uyğun olaraq aparılan texniki işləri vaxtında sənədləşdirmək və imzalamaq
  • Proses və Keyfiyyətə Nəzarət formlarını düzgün, tam və səliqəli şəkildə doldurmaq, uyğunsuzluqlar zamanı Düzəldici Fəaliyyət İstək Formları hazırlamaq
  • Hazır məhsulda rast gəlinən keyfiyyət problemləri barədə İstehsal Müdirinə və Baş inspektora yazılı məlumat təqdim etmək və düzəldici tədbirləri izləmək
  • Məhsul və palet üzərində izlənəbilirlik üçün məlumatların tamlığını yoxlamaq, uyğunsuzluq hallarında tədbir görmək və sənədləşdirmək
  • Texniki avadanlıqlarda baş verən nasazlıqları operativ şəkildə bildirmək, həll prosesini izləmək və hesabat vermək
  • Ambalajlama prosesinə nəzarət etmək, uyğunsuz halları formalaşdırılmış şəkildə sənədləşdirmək və sorumlu şəxslərə təqdim etmək
  • Ambalaj və qatqı materiallarının giriş nəzarətini həyata keçirmək, uyğun olmayan hallarda İstehsalat Müdirinə və Baş inspektora məlumat vermək
  • Gigiyena və təmizlik qaydalarına əməl olunmasına nəzarət etmək, uyğunsuzluqlar zamanı məsul şəxsləri məlumatlandırmaq və tədbirləri izləmək
  • Hazır məhsulun nəqliyyat vasitəsinə yüklənməsinə nəzarət etmək, uyğunsuzluq olduqda sənədləşdirib məlumat vermək
  • Gecə növbələrində anbarların açılışında iştirak etmək və plomb məlumatlarını növbəlik raporlamaya daxil etmək
  • Texniki sahələrdəki fəaliyyətlərə dair gündəlik hesabatları hazırlamaq və arxivləşdirmək
  • Hazır məhsulların anbarlardakı saxlanma şərtlərinə nəzarət etmək
  • Inventar sayımları və imha proseslərində iştirak etmək
  • Xammal, köməkçi maddə və son məhsulun düzgün yığılması və saxlanmasına nəzarət etmək
  • Keyfiyyət və proses nəzarət nöqtələrinin, metod və sənədlərinin hazırlanmasında iştirak etmək
  • Keyfiyyətə nəzarət müayinələrini analiz axış sxemlərinə və qəbul edilmiş metodlara əsasən aparmaq
  • Qəza və təhlükəli hallar barədə dərhal rəhbərliyə məlumat vermək
  • İş prosesi və məhsul istehsalı zamanı qida təhlükəsizliyi risklərinə qarşı tədbirlər görmək və məsuliyyət daşımaq 

İş Qrafiki:

  • Növbəli iş qrafiki
  • Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır

İş Yeri: İmişli

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap