Beauttech by Elnara Nakhmedova

Şirkət haqqında:
Beauttech by Elnara Nakhmedova Gözəllik Salonlar Şəbəkəs,16 ildir uğurla fəaliyyət göstərən,yüksək korporativ mədəniyyəti ilə seçilən,şəhərin mərkəzində 6 böyük premium filialı olan, dinamik və innovativ bir salon şəbəkəsidir
Əlaqə vasitələri:
Administrator
BEAUTTECH Salonlar şəbəkəsi olaraq böyüməkdə olan şəbəkələrimizə Yeni Administratorların axtarışına davam edirik!
Sən də dinamik və prestijli gözəllik sənayesində karyera qurmaq istəyirsənsə, BEAUTTECH-də peşəkar komandanın bir üzvü ol! İnkişaf etmək və uğurlar qazanmaq fürsətini qaçırma!
Səni nə gözləyir?
- Müştəriləri qarşılamaq, onları xoş atmosferdə qarşılayıb suallarını cavablandırmaq
- Telefon zənglərini idarə edib, uyğun şəxslərə yönləndirmək
- Gündəlik salon əməliyyatlarını nəzarətdə saxlamaq və müştəri məmnuniyyətini maksimuma çatdırmaq
- Rezervasiyaları qəbul etmək və qrafikləri idarə etmək
- Komanda ilə birgə çalışaraq işçilərin iş qrafikini tənzimləmək
- Salonun təmizliyini və nizamını təmin etmək
- Müştərilərə xidmətlər haqqında məlumatlandırmaq
Bizim üçün vacibdir:
- 1-2 il müvafiq sahə üzrə iş təcrübəsi. (Xəzinə ilə işləməsi vacibdir)
- Azərbaycan və Rus dili bilikləri (İngilis dili üstünlükdür)
- Müştərilərlə ünsiyyət bacarığı, operativ qərarvermə qabiliyyəti
- Kompüter bilikləri və ofis proqramlarından istifadə bacarığı
- Stressə davamlılıq və çevik həll yolları tapmaq bacarığı
- Yaş: 25-35, yalnız xanım namizədlər
Sənə nə təklif edirik?
- 650-900 AZN maaş + performansa uyğun yüksəlmə imkanı və bonuslar
- Rəqabətədavamlı maaş və sabit gəlir
- Peşəkar komanda və dəstəkləyici iş mühiti
- Ödənişsiz gözəllik xidmətlərindən faydalanmaq!
- Karyera və inkişaf imkanları, təlim proqramları
- Rahat iş qrafiki: 10:00 - 20:00