AGRO-VEST RETAIL

Şirkət haqqında:
2014-cü ildə əsası qoyulmuş Aqro-vest DC şirkətinin müxtəlif xarici ölkələrdən gətirdiyi, o cümlədən yerli istehsal edilən məhsulların mağazalar üzrə satışını həyata keçirmək.
Əlaqə vasitələri:
1C Data Admin
"AGRO-VEST RETAIL" MMC “1C Data Admin” vakansiyası elan edir
İşçiyə qoyulan tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- 1C proqram təminatı (xüsusilə 1C Retail sahəsində) üzrə minimum 3 il iş təcrübəsi;
- 1C proqramlaşdırma üzrə kodlaşdırma biliklərinin olması üstünlükdür;
- MS SQL Server və digər verilənlər bazası idarəetmə sistemləri üzrə biliklər;
- Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı;
- Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı;
- Avtomobil və sürücülük vəsiqəsinin olması mütləqdir.
Vəzifə öhdəlikləri:
- Mağazalarda 1C proqram təminatının quraşdırılması, sazlanması və işə salınması;
- 1C Retail və digər mühasibat modullarında yaranan texniki nasazlıqların diaqnostikası və operativ şəkildə aradan qaldırılması;
- İstifadəçi hüquqlarının idarə olunması və məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi;
- Məlumat bazalarının ehtiyat nüsxələrinin (backup) yaradılması və bərpası prosesinə nəzarət;
- Proqram təminatının yenilənmələrinin tətbiqi və yeni funksionallıqların işə salınması;
- 1C ilə inteqrasiya olunan kassa sistemləri, barkod skanerləri, çəkilər və digər avadanlıqların düzgün işləməsinin təmin olunması;
- Filiallardan gələn texniki sorğuların qəbul edilməsi, qeydiyyata alınması və həllinə nəzarət;
- Yeni filialların açılış prosesində 1C proqram təminatının qurulması;
- Sistem performansının izlənməsi və optimallaşdırılması üçün təkliflərin hazırlanması;
- IT və Mühasibatlıq şöbəsi ilə sıx əməkdaşlıq edərək iş proseslərinin fasiləsizliyinin təmin edilməsi.
İş şərtləri:
- Əmək haqqı: 2500–3000 AZN;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş vaxtı: 09:00 – 18:00;
- İstirahət günləri: Şənbə və Bazar.
Müraciət üçün: CV-lərinizi qeyd olunan elektron poçt ünvanına “1C Data Admin” başlığı ilə göndərə bilərlər.
Qeyd: Mövzuda vakansiya adı qeyd olunmadığı halda müraciətinizə baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.