“OBA Market” MMC

Şirkət haqqında:
“OBA Market” MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli qonşu marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskaunt market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
Əlaqə vasitələri:
Brendin İnkişafı üzrə Şöbə Müdiri
Vəzifə öhdəlikləri:
- Şirkətin brend strategiyasına uyğun olaraq yerli bazarda brend imicini formalaşdırmaq və bu istiqamətdə ardıcıl və məqsədyönlü kommunikasiya fəaliyyətlərini həyata keçirmək;
- Şirkətin korporativ dəyərlərinə uyğun PR, sosial məsuliyyət və brend yönümlü kommunikasiya layihələrini planlaşdırmaq və icra etmək;
- ATL, BTL və rəqəmsal kanalları (TTL) əhatə edən kommunikasiya strategiyalarının hazırlanmasına rəhbərlik etmək və icrasını təmin etmək;
- Kreativ komanda və agentliklərlə effektiv əməkdaşlıq quraraq, brend mesajlarının yaradıcı və düzgün formada hədəf auditoriyaya çatdırılmasını təmin etmək;
- Brendin mövqeləndirilməsi və bazarda tanınma səviyyəsini təhlil etmək, inkişaf istiqamətləri üzrə analitik yanaşma ilə strategiyalar təklif etmək;
- Brend göstəricilərinin effektivliyini (NPS, ROİ və s.) izləmək və nəticələr əsasında optimallaşdırıcı tədbirlər həyata keçirmək.
Namizədə dair tələblər
- Ali təhsil (Marketinq, PR, Kommunikasiya, Biznesin təşkili və ya əlaqəli sahələr üzrə);
- Brendin idarə olunması və kommunikasiya sahəsində minimum 4 il iş təcrübəsi;
- Brend mövqeləndirmə, kommunikasiya strategiyası, PR və sosial məsuliyyət sahələrində nəzəri və praktiki biliklər;
- ATL və BTL kampaniyaların icrası, media planlaşdırma və rəqəmsal reklam üzrə təcrübə;
- Güclü analitik düşünmə, strateji baxış və təqdimat hazırlamaq bacarığı;
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
- Tibbi sığorta
- Parkinq
- Yanacaq kartı
İş qrafiki:
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Brendin İnkişafı üzrə Şöbə Müdiri" yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.