PASHA Technology

Şirkət haqqında:
“PASHA Technology” Limited Liability Company (PASHA Technology) was established in 2018 as an IT Service Provider.
Əlaqə vasitələri:
Maliyyə hesabatları üzrə baş mütəxəssis
Əsas öhdəliklər:
- Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara (“MHBS”) və yerli tələblərə uyğun olaraq aylıq, rüblük və illik maliyyə hesabatlarınının hazırlanması;
- Mövcud nəticələrə əsaslanaraq növbəti dövrün maliyyə göstəricilərinin proqnozlaşdırılması;
- Hesabatların rəhbərliyə, auditorlara və səhmdarlara vaxtında təqdim olunmasının təmin edilməsi;
- Ümumi mühasibat uçotu hesablarının nəzərdən keçirilməsi və uyğunlaşdırılması, məlumatların dəqiqliyinin və tamlığının təmin edilməsi;
- Mühasibat keçirilmələrinin qeydləri, hesablanmış xərclər və düzəlişlərin dəqiqlik baxımından izlənməsi;
- Ayın və ilin sonu bağlanış proseslərində iştirakın təmin edilməsi;
- Audit zamanı daxili və xarici auditorlarla əməkdaşlığın təmin edilməsi;
- Daxili hesabat sistemin inkişaf etdirilməsi və bu prosesin davamlı təkmilləşdirilməsinin təmin edilməsi;
- Maliyyə risklərinin müəyyənləşdirilməsi və uyğunsuzluqların aradan qaldırılması;
- Faktiki göstəriciləri büdcə/proqnozla müqayisə edən fərq təhlili hesabatlarının hazırlanması;
- Maliyyə trendləri, KPI-lar və fəaliyyət göstəriciləri üzrə analitik məlumatların təqdim edilməsi;
- Maliyyə rəhbərlərinin strategiya və əməliyyat qərarlarının qəbul prosesində dəstəklənməsi;
- Fəaliyyət istiqamətləri üzrə Şirkətdaxili normativ sənədlərin hazırlanması və yenilənməsini təmin edilməsi;
- Fəaliyyət istiqamətləri üzrə proseslərin optimallaşdırılması və mümkün olduqda avtomatlaşdırma alətlərinin tətbiq edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərini yaxşı bilmə;
- Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
- ACCA / CPA üstünlük verilir;
- Azərbaycan Respublikası Vergi Qanunvericiliyi və Vergilər Məcəlləsi biliyinə üstünlük verilir.
Təcrübə:
- Bu sahədə azı 3 il iş təcrübəsi;
- Professional Mühasib təcrübəsinin olması;
- Hesabat alətləri (Power BI, Tableau və s.) ilə tanışlıq üstünlükdür;
- 1 C proqramı ilə iş təcrübəsi;
- MHBS üzrə hesabat hazırlama təcrübəsi;
- MS Excel proqramını mükəmməl bilməsi;
Bacarıqlar:
- Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama qabiliyyəti;
- Sıx vaxt qrafikində işləmə və eyni anda bir neçə prioriteti idarə etmə bacarığı;
- Komandada işləmə bacarığı;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq.