RAMMA

Şirkət haqqında:
Şirkətin missiyası: Müştərilərə dünya səviyyəli ağır texnika, ehtiyat hissələri və avadanlıq təqdim etməklə yanaşı, satışdan sonrakı texniki dəstək və xidmətlərlə onların etibarlı tərəfdaşı olmaq.
Hədəfi: Azərbaycan bazarında lider texnika təchizatçısı olaraq, innovativ həllər və yüksək xidmət keyfiyyəti ilə uzunmüddətli müştəri məmnuniyyətini təmin etmək.
Əlaqə vasitələri:
Satış üzrə baş mütəxəssis/Brend menecer (Yük Avtomobilləri / Shacman)
İş yeri: Bakı, Azərbaycan
Tələblər:
- Yük avtomobilləri bazarında satış və brend idarəçiliyi təcrübəsi üstünlükdür;
- Satışın idarə olunması, bazar araşdırması və təhlili bacarığı;
- Müştəri tələblərinin öyrənilməsi, rəqiblərin fəaliyyətinin izlənilməsi və analiz edilməsi;
- Marketinq kampaniyalarının planlaşdırılması və icrası;
- Reklam materiallarının hazırlanması və uyğunluğuna nəzarət;
- Satış komandası ilə əməkdaşlıq və proseslərin inteqrasiyası;
- Satış müqavilələrinin hazırlanması və satış sonrası xidmətlərin təşkili;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət (ingilis dili biliyi üstünlükdür);
- MS Office və 1C ERP istifadəsi bacarıqları
Vəzifə öhdəlikləri:
- Məhsul, bazar və müştəri analizlərinin aparılması;
- Təkliflərin hazırlanması;
- İllik satış planının hazırlanmasına dəstək;
- Texnikanın bölgələr üzrə bölüşdürülməsi və çatdırılmasına nəzarət;
- Müştərilərlə mütəmadi görüşlərin təşkili və yeni təkliflərin verilməsi;
- Marketinq büdcəsinin təsdiqlənməsi və tədbirlərə dəstək;
- Ödənişlərin vaxtında icrasına nəzarət;
- Texniki baxım qrafiklərinin icrası və texnika stokunun idarə edilməsi;
- Zəmanət məsələlərində texniki dəstək;
- Satış və marketinq əməkdaşlarına texnika üzrə təlimlərin keçirilməsi;
- Tender və sərgilərdə iştirak.