Zeytun Pharmaceuticals

Şirkət haqqında:
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır. Məhz bu peşəkar heyət və idarəetmə standartları hesabına da Cəmiyyətimizin uğurlarının hüdudları bitməzdir....
Əlaqə vasitələri:
Tender və Sığorta üzrə Kiçik Mütəxəssis
Ümumi tələblər:
- Təhsil: Ali
- Təcrübə : Müvafiq sahədə minimum 2- 3 il
- Proqram bilikləri : MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Dil bilikləri : Azərbaycan dili, Rus dili
- Cəldlik, problemləri həll etmə bacarığı, analitik düşüncə tərzi, riyazi biliklər, yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
Vəzifə öhdəlikləri:
- Sifarişlərin sənədləşdirilməsi və təsdiqlənməsinin təmin edilməsi.
- Malların anbar və ya müştəriyə vaxtında və tam şəkildə çatdırılmasına nəzarət.
- Sifarişlərin icrasına dair gecikmələrin səbəblərinin araşdırılması və həll olunması.
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Tenderlə bağlı bütün təkliflərin, qiymət müqayisələrinin və qərarların dəqiq şəkildə qeyd edilməsi.
- Hesabat cədvəlinin müntəzəm olaraq yenilənməsi və güncəl saxlanılması.
- Tender prosesinə aid məlumatların vaxtında və doğru formada rəhbərliyə təqdim olunması.
- Tenderlər üzrə statistik göstəricilərin və analizlərin aparılması.
- Tender hesabatlarının arxivləşdirilməsi və saxlanmasının təmin edilməsi.
- Bağlanmış müqavilələr əsasında malların sifariş yazılması və təhvil verilməsi
- Tender hesabat cədvəlinin hazırlanması,daima yenilənməsi və hesabatların çıxarılması vaxtı
- Tender təkliflərinə uyğun təchizatın təmin edilməsi məqsədilə anbarlar arası yerdəyişmələrin edilməsi və çatdırılmasının təşkili
İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Əmək Haqqı: 1000 AZN