Athletic Supply
Şirkət haqqında:
Athletic Supply şirkəti ölkənin ən operativ korporativ təchizat tərəfdaşı olaraq müxtəlif sahələrdə məhsulların satışı və xidmətlər təqdim edir. Şirkət idman layihələri və yarışları üçün hədiyyələr, LED monitorlar, golf maşınları, eko tualetlər və digər sahələri əhatə edən geniş xidmət spektrinə malikdir. Peşəkar yanaşma və müştəri məmnuniyyətini ön planda tutan Athletic Supply, yüksək keyfiyyətli məhsulları və operativ xidməti ilə seçilir.
Əlaqə vasitələri:
Xarici satınalma üzrə mütəxəssis
Namizədə tələblər:
- Ali təhsil
- İngilis və Rus dillərində səlis danışıq;
- Satınalma prosedurunu bilmək;
- Məsuliyyət, düzgünlük, dəqiqlik göstəricilərinə sahib olmaq;
- Əmək fəaliyyətinə yeni başlayan şəxslərə də müraciət edə bilər
Vəzifə öhdəlikləri:
- Xarici təchizatçılarla münasibətlərin qurulması,
- Məhsulların logistik daışmasını təmin etmək;
- Tədarükçülər ilə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması;
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Yeni təchizatçıların tapılması və qiymət, keyfiyyət uyğunluğunun təmin edilməsi;
- Satınalma prosesinin prosedurlara uyğun həyata keçirilməsi;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
İş şəraiti:
- İşçi Azərbaycan Respublikasının qanunvericiliynə əsasən işə götürülür.
- Korporativ nömrə ilə təmin olunur.
- Əmək haqqı 800-1100 Azn, Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı dəyişə bilər.
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08;30:-17:30;
- Ünvan: Rövşən Əliyev 1, Xətai metrosunun yaxınlığı, Xətai rayonu