Athletic Supply
Şirkət haqqında:
Athletic Supply şirkəti ölkənin ən operativ korporativ təchizat tərəfdaşı olaraq müxtəlif sahələrdə məhsulların satışı və xidmətlər təqdim edir. Şirkət idman layihələri və yarışları üçün hədiyyələr, LED monitorlar, golf maşınları, eko tualetlər və digər sahələri əhatə edən geniş xidmət spektrinə malikdir. Peşəkar yanaşma və müştəri məmnuniyyətini ön planda tutan Athletic Supply, yüksək keyfiyyətli məhsulları və operativ xidməti ilə seçilir.
Əlaqə vasitələri:
Korporativ satış üzrə mütəxəssis
Namizədə olan tələblər:
- Minimum 1 il müvafiq sahədə iş təcrübəsi ;
- 23-33 yaş həddi;
- Ali təhsil;
- Azərbaycan dili biliyi və rus dili biliyi mütləqdir, İngilis dili biliyi arzuolunandır
- MS Office proqramlarından istifadə bacarığı
- Kollektivdə işləmə bacarığı;
- Məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq;
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin cəlb edilməsi,potensial müştərilərin axtarışı;
- Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
- Müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi;
- Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
- Satış sənədlərinin hazırlanması;
- Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
- Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
- Təkliflərin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması;
- Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq aylıq satış hesabatlarının təqdim edilməsii;
- Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
- Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- İş qrafiki: 08:30-17:30 bazar ertəsi-cümə tam iş günü
- Şirkət tərəfindən korporativ nömrə verilir
- Şirkət tərəfindən görüşlərə getmək üçün taksi ilə təmin olunur
- Əmək haqqı: 800 azn + satış bonusu
- İş yeri: Rövşən Əliyev küçəsi 1,Xətai rayonu (Xətai metrostansiyasının yaxınlığı)