Mega Insurance

Şirkət haqqında:
2010-cu ildə təsis edilmiş "Meqa Sığorta" ASC, peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Azərbaycan sığorta bazarının liderlərindən biridir.
Şirkətin fəaliyyətinin şəffaflığını, yüksək maliyyə sabitliyini, sürətli inkişafını təmin etməyə yönəlmiş strategiyasını həyata keçirmək məqsədi ilə "Meqa Sığorta" ASC hər il Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) uyğun olaraq dünyanın aparıcı auditor şirkətləri tərəfindən audit olunur və həmçinin SGS şirkəti tərəfindən təsdiqlənmiş ISO 9001 beynəlxalq standartına uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini tətbiq edir.
Müştəri sorğularının operativ cavablandırılması məqsədi ilə Şirkətin Bakı ofisləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində filial və nümayəndəlik şəbəkəsi mövcuddur.
Əlaqə vasitələri:
Müdir (Hesabatlılıq şöbəsinə)
Struktur bölmə: Hesabatlılıq şöbəsi
Vəzifə öhdəlikləri:
- Şirkətin hesabatları üçün istifadə olunan əməliyyat sistemləri və digər rəqəmsal mənbələrdən əldə edilən məlumatların adekvat, tam, etibarlı və aktual olmasına nəzarət etmək;
- IFRS və milli mühasibat standartlarına uyğun illik, rüblük və aylıq maliyyə hesabatlarının hazırlanmasına, dəqiqliyinə və vaxtında təqdim edilməsini təmin etmək;
- Aidiyyəti üzrə təqdim ediləcək hesabatların düzgün tərtibinə və vaxtında təqdim olunmasını təmin etməklə korporativ idarəetmənin effektivliyini və şəffaflığını dəstəklənməsini təmin etmək;
- Şirkətin aktivlərinin qorunması, hesabat səhvlərinin və əməliyyat risklərinin aradan qaldırılması üçün güclü daxili nəzarət mexanizmləri tənzimləmək və daima təkmilləşdirmək.
- Proseslərin optimallaşması və avtomatlaşdırılması sahəsində hesabat dövrlərini optimallaşdırmaq, operativ hesabatların hazırlanmasını asanlaşdırmaq və insan faktorundan asılılığı azaltmaq.
- Vəzifə təlimatına uyğun digər işlərin həyata keçirilməsi.
Namizədə olan tələblər:
- Təhsil: Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil; IFRS üzrə ixtisaslaşma. ACCA, CPA, CFA kimi beynəlxalq sertifikatların mövcud olması üstünlükdür.
- Təcrübə: Sığorta sektorunda (üstünlükdür) və ya digər maliyyə xidmətləri sahəsində maliyyə hesabatlılığı, mühasibatlıq və audit üzrə minimum 5 illik iş təcrübəsi; İFRS və milli mühasibat standartları, xüsusilə IFRS 17 haqqında biliklər üstünlükdür. Konsolidasiya olunmuş aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə təcrübə.
- Şəxsi və işgüzar keyfiyyətləri: Güclü analitik düşüncə, problemlərin həllinə sistemli yanaşma, dəqiqliyə diqqət və etik davranış. Effektiv ünsiyyət və təqdimat bacarıqları, Komanda idarəetməsində təcrübə.
- Rəqəmsal bacarıqlar: ERP sistemlərində iş bacarığı, maliyyə hesabat proqramları və Excel proqramında yüksək səviyyəli biliklər; Hesabat proseslərinin avtomatlaşdırılması sahəsində təcrübə.
- Sığorta fəaliyyətinə aid olan qanunları və AR Mərkəzi Bankının normativ sənədlərini bilmək – üstünlükdür.
İş şərtləri:
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
- İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunacaq.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı;
- Tibbi sığorta təminatı;
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Müraciət qaydası:
Zəhmət olmasa, mövzu bölməsində “Hesabatlılıq şöbəsi - Müdir” qeyd etməklə CV-nizi qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.