Fortis Group

Şirkət haqqında:
Azərbaycanın inşaat materialları istehsalı sektorunda qabaqcıl şirkətlərdən biri olan “FORTİS GROUP” MMC 2004-cü ildən fəaliyyət göstərir və fəaliyyətini təkcə Azərbaycanda deyil, həmçinin yaxın region ölkələrində də uğurla həyata keçirir. Şirkət öz fəaliyyətində innovativ istehsal texnologiyaları ilə yüksək keyfiyyətli məhsullar istehsal etməyi hədəf alıb. Şirkət öz istehsalını gips əsaslı məhsullar, sement məhsulları, kafel və metlax yapışdırıcıları, aralıq doldurucuları, hidroizolyasiya məhsulları, hazır təmir qarışıqları, boya məhsulları, xammal məhsulları, zəmin-döşəmə məhsulları, fasad məhsulları, astarlar olmaqla 11 istehsal qrupunda cəmləşdirib.
Əlaqə vasitələri:
Xarici satınalmalar üzrə mütəxəssis
İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Ali təhsil;
- MS Office proqramları praktik işləmə bacarığı;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Rus, İngilis dillərində səlis danışma və yazma bacarığı;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Təhlil və analiz etmə qabiliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Xarici satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
- Xarici bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin xarici bazarda araşdırılması;
- Ən uyğun xarici tədarükçülərin seçimi, yazışmaların, danışıqların aparılması və görüşlərin təşkil edilməsi;
- Xarici tədarükçülərdən qiymət təkliflərinin alınması, müqayisə edilməsi, dəyərləndirilməsi;
- Təchiz ediləcək mal-materialların və xidmətlərin müqayisəli şəkildə, ən sərfəli qiymət, keyfiyyət və şərtlərlə rəhbərliyin təsdiqinə təqdim edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən edilməsi, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Xarici satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Xarici tədarükçülərlə müqavilələrin bağlanması;
- Alınmış məhsul və ya xidmətlərin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Tədarükçü bazasının yaradılması və tədarükçülərin qiymətləndirilməsi;
- Bazar tendensiyalarının, rəqib strategiyalarının və bazar tədarükçülərinin izlənilməsi;
- Şirkətin bütün prosedur və təlimatlarına, həmçinin təchizat etikalarına riyaət edilməsi;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;
Təminatlar:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Nahar ilə təmin edilir.
- Korporativ nömrə ilə təmin edilir;
- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).