PASHA Life

Şirkət haqqında:
“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.
“PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olmaqla hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası sinfinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir.
Əlaqə vasitələri:
Qiymətləndirmə və portfel analizi şöbəsinin eksperti
Anderraytinq və qiymətləndirmə departamenti
Vəzifə Öhdəlikləri:
- Müvafiq sığorta məhsulları üzrə şirkətin tariflərini müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
- Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində qabaqcıl təcrübənin öyrənilməsi və idarə edilməsi sahəsində təkliflərin hazırlanması;
- Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi işinə başçılıq etmək;
- Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
- Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması;
- Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması;
- Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
- Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasına nəzarət;
- Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi metodologiyasının işlənib hazırlanması və təkliflərin verilməsi;
- Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi işinə nəzarət;
- Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması.
- Rəhbərlikdən gələn tapşırıqlara əsasən xüsusi təhlillərin və hesablamaların aparılması;
- Mövcud məhsulların qiymətləndirilməsi ilə bağlı digər strukturlardan daxil olan sualların cavablandırılması
- Sığorta məhsullarının satışı üzrə mükafatlandırma metodologiyası üçün hesablamaların aparılması;
- Aşkarlanmış audit faktlarının tədbirlər planının icra edilməsi;
- Şirkət daxilində zərurət olduqda əməkdaşların məhsul biliklərinin artırılması məqsədi ilə təşkil olunan təlimlərin keçirilməsi;
- Risk iştahası bəyannaməsində (RİB) qeyd edilən ölümün reallaşması üzrə metriklərin hesablamalarını (saya və məbləğə nəzərən) icra etmək və nəzarətdə saxlamaq
Namizədə olan tələblər:
- İş təcrübəsi: Sahə üzrə 3 il iş təcrübəsi tələb olunur.
- Təhsili: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Kompüter elmləri, Aktuar elmləri, Maliyyə və ya əlaqəli sahə üzrə müvafiq bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
- Kompüter bilikləri: MS Excel:əla , MS Office:əla
- Üstünlüklər: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Aktuar üzrə magistr dərəcəsinin olması ; Aktuar lisenziyasının olması; Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi; SQL, R və Python proqramlaşdırma biliklərin olması; MS Exceldə VBA (macros) biliklərin olması.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları