Crystal Group

Şirkət haqqında:
2002-ci ildə ilk müəssisəsini yaradaraq beton məhsullarının istehsalı ilə sahibkarlıq fəaliyyətinə qədəmlərini atan şirkətimiz uzun illər boyu müxtəlif sektorlarda böyüyərək, milli biznes cameəsində özünü təsdiqləyib və dəyər verən müştərilərin inamını qazanıb.
2020-ci ildən “Crystal Group of Companies” Açıq tipli Səhmdar Cəmiyyəti kimi yoluna davam edən şirkətin əsas ofisi Bakı şəhərində yerləşir. Daha çox ənənəvi elementlərlə inteqrasiya olunan korporativ idarəetmə praktikasını əldə rəhbər tutaraq Səhmdar Cəmiyyət milli sahibkarlığa, özəl biznesin inkişafına layiqli töhfələr verib. Geridə qoyduğumuz 20 il ərzində qarşıda dayanan hədəflərə çatmaq üçün inşaat, sənaye, lojistika və otelçilik xidməti sektorlarında inkişaf etməyə davam edib. Azərbaycanda və Türkiyədə uğurlu investisiya layihələrinə imza atan və milli brendə çevrilməyi hədəfləyən şirkət daim tərəfdaşlarının inamını hiss edib.
İndiki mürəkkəb biznes mühiti şəraitində bu etimadın vacibliyini anlayaraq fəaliyyətimizdə peşəkar yanaşmanı əsas tutur və Korporativ Dəyərlərə önəm veririk. Uğurlu korporativ təcrübə əsasında ən yaxşı peşəkarları bir dam altında birləşdirərək əməkdaşlarımıza, müştərilərimizə və tərəfdaşlarımıza xüsusi qayğı və həssaslıqla yanaşırıq.
Əlaqə vasitələri:
Mərkəzi Maliyyə və Mühasibat Uçotu Şöbəsinin Müdiri
Vəzifə Öhdəlikləri:
- Şirkətin maliyyə siyasətinin hazırlanması və icrasına nəzarət
- Maliyyə hesabatlarının (balans, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı) vaxtında və dəqiq hazırlanması
- Mühasibat uçotunun beynəlxalq standartlara (IFRS) uyğun aparılmasına nəzarət
- Büdcənin hazırlanması və ona nəzarət edilməsi
- Şirkətin xərclərinin optimallaşdırılması və gəlirliliyinin artırılması üçün təkliflərin hazırlanması
- Vergi bəyannamələrinin və digər vergi hesabatlarının vaxtında təqdim edilməsinə nəzarət
- Audit yoxlamalarında aktiv iştirak
- Komandanın idarə edilməsi, onların peşəkar inkişafına dəstək
Tələblər:
- Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq sahəsində ali təhsil
- Müvafiq sahədə ən az 5 il rəhbər vəzifədə iş təcrübəsi
- Peşəkar Mühasib Sertifikatı (PMS) və ya ACCA DipIFR kimi beynəlxalq sertifikatın olması mütləqdir.
- Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə dərin biliklər
- Yerli vergi qanunvericiliyi haqqında dərin biliklər
- Yüksək səviyyədə analitik düşünmə və problem həll etmə bacarıqları
- Liderlik və komanda idarəetmə bacarıqları
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək (rus dili arzuolunandır)
- Mühasibat proqramı 1C ilə işləmə təcrübəsi
- Microsoft Office proqramlarından (xüsusilə Excel) sərbəst istifadə
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün saat 08:00-17:00
- Nahar: 12:00-13:00
- İstirahət günləri: şənbə, bazar