Crystal Group

Şirkət haqqında:
2002-ci ildə ilk müəssisəsini yaradaraq beton məhsullarının istehsalı ilə sahibkarlıq fəaliyyətinə qədəmlərini atan şirkətimiz uzun illər boyu müxtəlif sektorlarda böyüyərək, milli biznes cameəsində özünü təsdiqləyib və dəyər verən müştərilərin inamını qazanıb.
2020-ci ildən “Crystal Group of Companies” Açıq tipli Səhmdar Cəmiyyəti kimi yoluna davam edən şirkətin əsas ofisi Bakı şəhərində yerləşir. Daha çox ənənəvi elementlərlə inteqrasiya olunan korporativ idarəetmə praktikasını əldə rəhbər tutaraq Səhmdar Cəmiyyət milli sahibkarlığa, özəl biznesin inkişafına layiqli töhfələr verib. Geridə qoyduğumuz 20 il ərzində qarşıda dayanan hədəflərə çatmaq üçün inşaat, sənaye, lojistika və otelçilik xidməti sektorlarında inkişaf etməyə davam edib. Azərbaycanda və Türkiyədə uğurlu investisiya layihələrinə imza atan və milli brendə çevrilməyi hədəfləyən şirkət daim tərəfdaşlarının inamını hiss edib.
İndiki mürəkkəb biznes mühiti şəraitində bu etimadın vacibliyini anlayaraq fəaliyyətimizdə peşəkar yanaşmanı əsas tutur və Korporativ Dəyərlərə önəm veririk. Uğurlu korporativ təcrübə əsasında ən yaxşı peşəkarları bir dam altında birləşdirərək əməkdaşlarımıza, müştərilərimizə və tərəfdaşlarımıza xüsusi qayğı və həssaslıqla yanaşırıq.
Əlaqə vasitələri:
1C mütəxəssisi
Crystal Group of Companies Azərbaycanın inşaat, sənaye və xidmət sektorlarında qabaqcıl mövqeyə malik, dinamik inkişaf edən bir şirkətlər qrupudur. Şirkətimizin genişlənən fəaliyyəti ilə əlaqədar olaraq peşəkar və təcrübəli 1C Mütəxəssisi axtarırıq.
Vəzifə Öhdəlikləri:
- Şirkətdə mövcud olan 1C proqramlarının dəstəklənməsi və istismarı.
- Yeni modulların və hesabatların proqramlaşdırılması və tətbiqi.
- İstifadəçilərə texniki dəstək göstərmək və proqram üzrə təlimlər keçirmək.
- 1C sisteminin məlumat bazasının idarə edilməsi və optimallaşdırılması.
- İstifadəçi tələblərinə uyğun hesabatların qurulması və modifikasiyası.
- Proqramın digər sistemlərlə inteqrasiyasında iştirak etmək.
Tələblər:
- Ali təhsil (İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə).
- 1C proqramları ilə bağlı minimum 3il iş təcrübəsi.
- 1C: Mühasibat 8.3 və 1C: Ticarət və Anbar 8.3 proqramlarında mükəmməl biliklər.
- 1C platformasında konfiqurasiya, hesabatların qurulması və proqramlaşdırma bacarığı.
- Analitik düşünmə, problemləri müstəqil həll etmə və məsuliyyətli yanaşma.
- Komandada işləmə və yüksək ünsiyyət qurma bacarıqları.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün saat 08:00-17:00
- Nahar: 12:00-13:00
- İstirahət günləri: şənbə, bazar