Aqrar İnnovasiya və Təchizat Şirkəti
Şirkət haqqında:
Əsas fəaliyyət istiqaməti olaraq, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır.
Şirkət qısa zaman ərzində yüksək potensiallı gənc kadrları öz ətrafında toplayaraq, müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir.
Əlaqə vasitələri:
Aqronom
İş rejimi: Tam ştat
Namizəddən tələblər:
- Aqronomluq sahəsində ali təhsil (mütləq).
- Minimum 10 il iş təcrübəsi.
- Açıq tarla (taxıl, texniki bitkilər), bostan bitkiləri və meyvə bağlarında bitki bəsləmə və bitki mühafizəsi üzrə nəzəri bilik və praktiki təcrübə.
- Yerli torpaq strukturu, mövcud bitki sortları, fermerlərin əkin-biçin vərdişləri barədə yüksək səviyyədə məlumatlılıq.
- Gübrələmə proqramları və zərərvericilərə qarşı mübarizə metodlarını yaxşı bilmək.
- Enerjili, pozitiv, təşəbbüskar və komanda ruhuna malik olmaq.
- B kateqoriyalı sürücülük vəsiqəsi üstünlükdür.
- Ezamiyyətlərə hazır olmaq.
Vəzifə funksiyaları:
- Fermerlərin bitki bəsləmə və bitki mühafizəsi ilə bağlı müraciətlərini cavablandırmaq, problemlərin həlli üzrə mütəxəssis rəyi təqdim etmək.
- Gübrələmə və bitki mühafizə ehtiyaclarına uyğun reseptlər hazırlamaq.
- Heyət üçün müvafiq sahədə maarifləndirici təlimlər keçmək.
- Gübrə və bitki mühafizə vasitələrinin çeşidləri ilə bağlı təlimatların hazırlanmasında iştirak etmək.
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əməkdaşlığın davam etdirilməsi.
- Yeni gübrə və bitki mühafizə vasitələrinin araşdırılması, texniki və ekoloji cəhətdən uyğun məhsulların təklif olunması.
- Əsas müştərilərlə mütəmadi görüşlər və çarpaz satışın təşkili.
- Satışların həyata keçirilməsi, sifarişlərin təmin olunması və müqavilə şərtlərinə riayət olunmasına nəzarət.