Azersun Holding

Şirkət haqqında:
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
"Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.
Əlaqə vasitələri:
Avtomatika üzrə kiçik mütəxəssis
Müəssisə: AZ DUZ İSTEH. BIRLIYI QSC
Tələblər:
- Təhsil: Ali (Avtomatika sahəsi üzrə)
- Microsoft Office (MS Excel,Word Power Point )- Yaxşı;
- Məntiqi və analitik düşünmə tərzi olmalı;
- Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkşafa meyillilik, hədəf və nəticə yönümlü olmaq;
- Komandada işləmə bacarığı;
- PLC,DCS,SCADA sistemləri haqqında biliklər.
Vəzifə öhdəlikləri:
- Programlana bilən məntiqi nəzarət (PLC) proqram təminatının əsaslarını bilmək (STL, LAD, FBD, SCL).
- PLC konfiqurasiyası, quruluşu, optimizasiyası və təmirinin əsaslarını bilmək.
- SCADA (Supervisory Control and Data Acquisition) və HMI (Human Machine Interface) proqramlarının tətbiqi və proqramlaşdırılmasının əsas prinsiplərini bilmək.
- PLC ilə təchiz olunmuş proseslərin, xəttlərin və maşınların texnoloji və elektrik sxemlərini oxumaq bacarığı.
- Kommunikatordan istifadə bilikləri; PID nəzarəti və təzyiq, səviyyə, temperatur və axış proseslərinin ölçmə prinsiplərini bilmək.
- Çoxfunksiyalı mikrokontrollerlərin (sahə tipli) istifadə sahələri və nəzarət sistemlərində tətbiqini bilməli, ölçmə və kalibrasiya cihazlarından istifadə qaydalarını bilmək.
- Elektronika sxemlərinin iş prinsipi və elektron komutasiya sistemlərində tətbiqini bilmək.
- Mühərrik sürücülərinin, asinxron mühərrik sürətinin tənzimlənməsindəki rolunu, mühərriklərin gücünə uyğun sürücü seçimini və ilkin işə alınma parametrlərinin daxil edilməsini bilmək.
- PLC, mikrokontroller və elektron blokların yüksək yüklənmə və gərginlikdən qorunma sxemlərini bilmək.
- Avtomatik nəzarətlə bağlı yeni texnologiyaların tətbiq sahələrini bilmək.
- Təchizat və cihazların texniki xarakteristikalarını və konstruktor xüsusiyyətlərini bilmək.
- İşlədilən elektrik qurğularının istismar qaydalarını bilmək.
- Əməyin təhlükəsizliyi, işçi sağlamlığı, qida təhlükəsizliyi, sanitariya və ekologiyanın mühafizəsi tədbirlərinə riayət etmək.
İş vaxtı:
- Növbəli iş rejimi;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
- Masazır
- Azərbaycan Duz İstehsalat QSC