Azərbaycan Respublikasının Mərkəzi Bankı

Şirkət haqqında:
Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Əsas məqsədinə xələl gətirmədən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyini təmin edir.
Əlaqə vasitələri:
Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamenti, Ödəniş xidməti təchizatçılarına və ödəniş operatorlarına nəzarət şöbəsi, Aparıcı mütəxəssis
Vəzifənin funksiyaları:
- Təqdim olunmuş hesabatlar və digər nəzarət məlumatları əsasında ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının, habelə ödəniş sistemləri operatorlarının (təşkilatların) qanunvericiliyin və normativ xarakterli aktların tələblərinə riayət etməsinə nəzarət edir və nəticəsi üzrə müxtəlif hesabatlar hazırlayır;
- Ödəniş sistemlərinin davamlı və etibarlı fəaliyyətinə nəzarət edir;
- Kurasiyasında olan təşkilatların fəaliyyətinə tam nəzarəti həyata keçirir, zəruri kommunikasiyaları qurur və məlumat mübadiləsini təmin edir;
- Təşkilatlarda həyata keçirilən yoxlamalarda iştirak edir, yoxlama nəticələrinin rəsmiləşdirilməsində iştirak edir;
- Nəzarətin nəticələrinə əsasən təsir, təshih və sanksiyaların tətbiq olunması barədə təkliflər verir;
- Tətbiq olunan təsir, təshih tədbirləri və sanksiyaların elektron reyestrini aparır və icrasının monitorinqini həyata keçirir, habelə təşkilatlardan daxil olan vəsatətlərə dair rəy hazırlayır;
- Təşkilatların fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsində iştirak edir;
- Lisenziya olmadan ödəniş xidmətlərini göstərən təşkilatları aşkar etmək üçün tədbirlər görür;
- Nəzarət üzrə istifadə edilən informasiya sistemlərinin fəaliyyətini təmin edir və inzibatçılığını həyata keçirir, nəzarət alətlərinin tələblərinə uyğunlaşdırılması, informasiya sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər verir, müvafiq texniki tapşırıqlar hazırlayır;
- Şöbənin funksiyarına aid müxtəlif hesabatlar və təqdimatlar hazırlayır;
- Şöbənin funksiyalarına aid olan məsələlərlə bağlı departamentə daxil olan müraciətlərə baxır, sorğular üzrə müvafiq cavablar hazırlayır;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir..
Kompetensiyalar
Davranış kompetensiyalar
- Təşəbbüskarlıq
- Məsuliyyətlilik
- Komandada işləmə
- Təkmilləşməyə meyllilik
- Analitik təhlil etmə
- Araşdırma aparma
- Ünsiyyət qurma
- Vaxtın idarə edilməsi
- Təqdimat bacarıqları
Texniki kompetensiyalar
- İqtisadiyyat və maliyyə sahəsində ümumi biliklər
- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericilik üzrə biliklər
- Təqdimat və yazı bacarığı
Təcrübə
- Maliyyə sektorunda azı 2 illik iş təcrübəsi
Təhsil
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, Audit, Risklərin idarə edilməsi, Data analitika)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları, SQL, Data analitika