Sinteks Group of Companies

Şirkət haqqında:
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika = brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir.
Aparıcı Moda Brendləri - Alexander McQueen, Armani Exchange, Balenciaga , Bally, Bottega Veneta, Burberry, Chloe, Corneliani, Diane Von Furstenberg, Diesel, D&G kids, Ermanno Scervino, Emporio Armani, Ermenegildo Zegna, Escada, ETRO, Giorgio Armani, Givenchy, Gucci, Gucci Kids, Guess, Hugo Boss, ISAIA, Jimmy Choo, Kiton, Lloyd, Marc Jacobs, Marciano, Marina Rinaldi, Marni, Max Mara, MAX&CO, Michael Kors, Pal Zileri, Paul & Shark, Patrizia Pepe, Persona by Marina Rinaldi, Ralph Lauren, Salvatore Ferragamo, St. John, Stella McCartney, Tory Burch, Tod's, YSL, Weekend Max Mara, Ermano Scervino, Sandro.
Zərgərlik portfelinə Chaumet, Damiani, Repossi, Adamas Milano, Nessa, Sydney Evan, Mounser, Parulina, Palmiero, Mattia Cielo, Mariani, Nikos Koulis, Nigaam, Sirus Tanya, Shamballa Jewels, Sara Weinstock, PERLOTA, Sutra kimi və digər məşhur brendlər daxildir.
SINTEKS həmçinin Azərbaycanda EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi məşhur konseptual mağazaların təsisçisidir.
Mass market portfelinə - New Yorker, Next, Mango, Oxxo brendlər daxildir.
Qida və İçki sahəsində SINTEKS Gloria Jean's Coffee Shops-un Bakıdakı 10 əsas məkanını və Port Baku Mall-da Emporium kafesini əhatə edir.
2020-ci ildən etibarən ev əşyaları, aksesuarlar və dekorasiya üzrə ixtisaslaşan Hom*me brendi hazırda 4 mağazaya qədər genişlənib.
Əlaqə vasitələri:
Stüard
İş şəraiti:
- İş Yeri: Emporium Café (Sea Breeze, Nardaran)
- İş qrafiki: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)
- Əmək haqqı: 550 net+ satış göstəricilərinə əsasən aylıq bonus sistemi
İş yeri haqqında məlumat:
Emporium Cafe keyfiyyətli xidmət, rahat atmosfer və fərqli dadları ilə insanların sevimli istirahət məkanlarından biridir. Kafemizdə müasir üslubda təqdim olunan qəhvə, desert və qəlyanaltılar müştərilərimizin gündəlik 7həyatına ilham qatır. Bizim əsas məqsədimiz – hər müştəriyə özünü dəyərli hiss etdirəcək davamlı və peşəkar bir təcrübə yaşatmaqdır.
Vəzifənin məqsədi:
Restoran mətbəxində və bar sahəsində istifadə olunan bütün qab-qacaq, alət və avadanlıqların təmiz və sanitar qaydalara uyğun vəziyyətdə saxlanılmasını təmin etmək. Ümumi təmizlik və gigiyena standartlarının yüksək səviyyədə qorunmasına dəstək olmaq.
Əsas məsuliyyətlər:
- Mətbəx və bar mətbəxində istifadə olunan bütün qab-qacaq, qazan, tava və digər avadanlıqların yuyulması və təmiz saxlanılması
- Gündəlik təmizlik planına uyğun olaraq mətbəx, soyuducu, anbar, tullantı sahəsi və digər ərazilərin gigiyenik təmizliyini təmin etmək
- Qab yuyucu avadanlıqlardan düzgün istifadə etmək, texniki vəziyyətinə nəzarət etmək və nasazlıqları vaxtında bildirmək
- Qida tullantılarını düzgün çeşidləmək, təhlükəsiz şəkildə atmaq və tullantıların idarə olunması qaydalarına riayət etmək
- HACCP və yerli Qida Təhlükəsizliyi standartlarına uyğun gigiyena qaydalarına əməl etmək
- Mətbəx heyəti üçün təmiz, təhlükəsiz və səliqəli iş sahəsi təmin etmək
- Həftəlik və gündəlik dərin təmizlik cədvəllərinə uyğun olaraq müvafiq işləri yerinə yetirmək və qeydiyyat aparmaq
- Təmizlik zamanı istifadə olunan kimyəvi maddələrdən düzgün və təhlükəsiz istifadə etmək
Axtarılan keyfiyyətlər:
- Fiziki cəhətdən dayanıqlı və çevik olmaq
- Komandada işləmə bacarığı
- Təmizlik və gigiyenaya diqqətli yanaşma
- Tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
- Təhlükəsizlik qaydalarına riayət etmək
Tələblər:
- Orta və ya ali təhsil
- Cinsiyyət: Qadın/Kişi
Əlavə imkanlar:
- Rəsmi əmək müqaviləsi
- Nahar ilə təmin olunma
- Nəqliyyat xərcinin qarşılanması
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
- Müasir və rahat iş mühiti