ATS Food

Şirkət haqqında:
“Agro Trade Supply” (ATS) ölkəmizin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq edən və alıcılara yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təklif edən şirkətlər qrupudur. Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdir.
Şirkətin strukturuna un dəyirmanı, kombinə edilmiş 2 qüvvəli yemlər zavodları, soya emalı zavodu,qarğıdalı emalı fabriki və toxum emalı zavodları daxildir. Bundan başqa, ATS Qrup, 11 min hektarda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. ATS Qrupa daxil olan “Abşeron-Taxıl” un dəyirmanında il ərzində 100 min ton yüksək keyfiyyətdə həm zavod çörəyi, həm də təndir çörəyi üçün un istehsal edilir.
Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdən ibarətdir.
Əlaqə vasitələri:
Biznes risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis
Vəzifə öhdəliyi:
- Şirkətin məruz qala biləcəyi risklərin idarə olunması üçün tədbirlər planını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Şirkətdə Risklərin idarə edilməsi sisteminin və nəzarət mühitinin formalaşdırılması istiqamətində işləri həyata keçirmək;
- Biznes proseslərin davamlı olaraq təkmilləşdirilməsi məqsədi ilə mütəmadi olaraq biznes prosesləri təhlil etmək;
- Şirkətin fəaliyyəti ilə bağlı normativ-tənzimləyici sənədlərin – siyasət, qayda, təlimatların və biznes proseslər üzrə xəritələrin müvafiq struktur bölmələrin iştirakı ilə hazırlanması və ya müvafiq struktur bölmələr tərəfindən bu növ sənədlərin hazırlanmasını təşkil etmək
- Şirkətdə baş vermiş proseslər və aparılan işləri təhlil edib müvafiq normativ sənədlərin hazırlanması;
- Risk reyestrin hazırlanması, yeni aşkarlanan risklərin qeydiyyatının aparılması, qiymətləndirilməsi və reyestrin mütəmadi yenilənməsi.
Namizədə tələblər:
- Risklərin idarə edilməsi üzrə nəzəri biliklər
- Ali təhsil (Maliyyə, audit, iqtisadiyyat, risklərin idarə edilməsi üzrə)
- Biznes proseslər üzrə nəzəri biliklər
- İş təcrübəsi arzuolunandır
- MS Excel (əla), MS Powerpoint (yaxşı), MS Word (əla), MS Visio (yaxşı) üzrə işləmə təcrübəsi
- Azərbaycan (Əla), İnglis (Yaxşı)
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
İş şəraiti:
- Əmək haqqı: 700 AZN
- İş yeri: Sumqayıt şəhəri
Üstünlüklərimiz:
- Nahar ilə təmin edilmə
- Servis təminatı
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
- Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi