ATS Food

Şirkət haqqında:
“Agro Trade Supply” (ATS) ölkəmizin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq edən və alıcılara yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təklif edən şirkətlər qrupudur. Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdir.
Şirkətin strukturuna un dəyirmanı, kombinə edilmiş 2 qüvvəli yemlər zavodları, soya emalı zavodu,qarğıdalı emalı fabriki və toxum emalı zavodları daxildir. Bundan başqa, ATS Qrup, 11 min hektarda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. ATS Qrupa daxil olan “Abşeron-Taxıl” un dəyirmanında il ərzində 100 min ton yüksək keyfiyyətdə həm zavod çörəyi, həm də təndir çörəyi üçün un istehsal edilir.
Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdən ibarətdir.
Əlaqə vasitələri:
Təchizat üzrə assistent
Vəzifə öhdəliyi:
- Daxil olan satınalma tələblərini təhlil və icra etmək;
- Tələbdən təklif, təklifdən isə sifariş formalaşdırmaq;
- Xammal, avadanlıq, mal-material, ehtiyat hissələri, xidmət tədarükçülərinin axtarışı;
- Alınan malların dəyərini düzgün hesablaya bilmək;
- Alınan malların tələb edilən keyfiyyətə cavab verməsini yoxlaya bilmək;
- Alınan malların təslim tarixlərində gecikmələrin olmamasına səy göstərmək;
- Şirkətə və onun əmlakına maddi ziyan vurmasına görə cavabdeh olmaq;
- Struktur rəhbəri tərəfindən ona təyin edilmiş hədəflərə nail olmaq;
- Vəzifə öhdəliklərindən irəli gələn məlumatların məxfiliyini mühafizə etmək.
Namizədə aid tələblər:
- Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi);
- Satınalma sahəsində iş təcrübəsinin olması arzuolunandır
- Azərbaycan dili (əla)
- Microsoft Office proqramı üzrə biliklər, xüsusilə Excel biliyi
- ERP sistemlərdə işləmək bacarığı.
İş qrafiki:
- 5 günlük iş qrafiki;
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq (Ştat cədvəli aralığında)
İş yeri: Sumqayıt şəhəri
Üstünlüklərimiz:
- Nahar ilə təmin edilmə
- Servis təminatı
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti