Estet

Şirkət haqqında:
ESTET MMC 1997-ci ildən bəri Azərbaycan və digər ölkələrdəki inşaat firmalarını, inteqratorları və digər müəssisələri orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin etməkdədir. Son illərdə şirkətimiz fəaliyyət sferasını genişləndirərək yüksək texnoloji avadanlıqların satışı və texniki servis xidmətini göstərməyə başlamışdır. Şirkətimiz EMSA, MAKELSAN, LANDE, EMERSON/ VERTİV, ALFAMAX, ALFAFONET, EXCEL, 3M, ÜNTES, TRANE, ASSMANN/ DIGITUS, NORM, BSMİ, LU-VE GROUP, TALES ANALİTİK, ALCAD, HASSA, ETK KABLO şirkətlərinin rəsmi distribyutoru və partnyorudur.
Bundan əlavə ESTET MMC Avropa və Türkiyənin bir çox istehsalçı şirkətləri ilə də əməkdaşlıq edir.
Şirkətimiz elektrik və mexanika sahəsindəki beynəlxalq və yerli partnyorları ilə əməkdaşlığı sayəsində yenidənqurma və inşaat layihələrində gərəkli olan bütün elektrik, mexanika və yüksək texnoloji avadanlıqlara çox uyğun təkliflər verə bilir. Bundan başqa şirkətimiz bir çox böyük proyektlərdə “açar təslimi”, elektrik və data, yanğından mühafizə və ventilyasiya sistemləri, laboratoriya avadanlıqlarının satışı, quraşdırılması və servisi işləri də görür.
Əlaqə vasitələri:
Elektrik ve Zəif axın işləri üzrə usta
ESTET MMC –şirkətinə Elektrik ve Zəif axın işləri üzrə usta tələb olunur
Vəzifə öhdəlikləri
- Elektrik ve Zəif axın sistemləri üçün uyğun komponentləri, cihazları və avadanlıqları seçmək və montaj etmək;
- Zəif axın yanğın xəttlərini çəkmək;
- Uyğunluğu və optimal performansı təmin etmək;
- Proseslərin müvafiq təhlükəsizlik standartlarına və normativ tələblərə uyğun olmasını təmin etmək;
- Performans və funksionallığı təsdiqləmək üçün zəif axın sistemlərinin sınağını və simulyasiyasını həyata keçirmək;
- Layihə menecerləri, proqram mühəndisləri və texniklər də daxil olmaqla, çoxşaxəli komandalarla sıx əməkdaşlıq etmək;
- Elektrik cihazlarının təmiri və yoxlanılmasını icra etmək;
- Elektrik işlərinin normativ qaydalara uyğun və düzgün aparmaq;
- Kabel sistemlərinin quraşdırılmasını, təmirini və istismarını həyata keçirmək;
- Elektrik avadanlıqlarının quraşdırmaq;
- Elektrik sistemlərinin sınaqdan keçirmək;
- Dayanma və xarab olmaların qarşısının alınması üçün cari təmir və texniki qulluq cədvəlini tərtib etmək və nəzarətdə saxlamaq;
- Prossesdəki dəyişiklikləri analiz etmək, anomaliyalar halında hesabat vermək, anormallıqların düzəldilməsi üçün səbəb araşdırması həyata keçirməli.
- Pozulmaları müəyyən etmək və nəzarət ölçü cihazlarını sazlama
Tələblər:
- Analoji sahədə minimum 2 il iş təcrübəsi mütləqdir;
- Zəif orta axım, torpaqlama, işıqlandırma, hesablama, güc sistemləri üzrə biliklərə malik olmalı;
İş şəraiti
- 5 günlük iş rejimi, 9.00-18.00 arası
- Şirkət tərəfindən nahar verilir
- Əmək haqqı 700-800 Azn