ARG Group MMC

Şirkət haqqında:
ARG Group, müştərilərinə keyfiyyətli məhsullar və innovativ həllər təqdim etməyə yönəlmişdir. 2018-ci ildən fəaliyyət göstərən şirkət, sürtkü yağları,avtomobil təkərləri və avtomobil ətirləri üzrə geniş çeşidə malikdir. Yüksək standartlara uyğun istehsal edilən məhsullar, müştəri məmnuniyyətini artırmağı və dayanıqlı inkişafı dəstəkləməyi hədəfləyir.
ARG Group MMC – German Gold, North Sea Lubricants, Myson Lube, Benzol,Techshield və Little Trees ticarət nişanlarının Azərbaycan Respublikası ərazisində rəsmi distributorudur.
Əlaqə vasitələri:
Kontent üzrə mütəxəssis
Tələblərimiz:
- Marketinq, Menecment, Biznes və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Sahə üzrə minimum 2 illik təcrübə;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.
Əsas vəzifə öhdəlikləri:
- Brendlərimizin bütün kanallarda vahid şəkildə məzmun strategiyasını qurmaq;
- Ümumi biznes hədəfləri üzrə kontent strategiyalarını müəyyən etmək;
- Komandanı strateji məqsədlərə uyğunlaşdıran layihə və prosedurların icrasında iştirak etmək.
- Kontent planının hazırlanması üçün brieflərin təşkili;
- Video kontentin stilinin hazırlanması üçün brieflərin təşkili;
- UX/UI stilinin yaradılması üçün brieflərin təşkili;
- Yaradıcılıq işlərinin buraxılış prosesinin planlanması və həyata keçirilməsi.
- Şirkətin veb-saytındakı kontentin idarə edilməsi və yenilənməsi;
- Promosyon, çap və reklam məqsədli məhsulların brieflərin hazırlanması
- Outdoor yerləşdirmə üçün dizaynların hazırlanması;
- TV və radio üçün reklam dizaynı və ssenarilərinin hazırlanması;
İş yeri: Bakı, Bəşir Bünyadov küçəsi 3K