IT sistemləri üzrə köməkçi – III MDB Oyunları 2025
Yer: Qəbələ
Müddət: 1 ay
Yalnız Qəbələdə yaşayan və ya qalmaq üçün yaşayış yeri olan namizədlər müraciət edə bilər.
Əsas vəzifələr:
- Kompüter, printer və şəbəkə problemlərinin operativ həlli
- IT avadanlıqların sazlanması və texniki xidməti
- Tədbir zamanı texnoloji sistemlərin stabil işləməsinin təmin olunması
- İstifadəçilərə uzaqdan və yerində dəstək göstərilməsi
- Problemlərin sənədləşdirilməsi və eskalasiyası
- Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi və dəstək göstərilməsi
Tələblər:
- İT sahəsində ali təhsil və ya minimum 1 il iş təcrübəsi
- Windows/macOS, şəbəkə və avadanlıqlar üzrə biliklər
- Stressə davamlılıq və analitik düşüncə bacarığı
- Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət (Rus dili üstünlükdür)
- Əlavə iş qrafikinə uyğunlaşmaq