Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Şirkət haqqında:
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi özündə bağça-məktəb fəaliyyətini birləşdirən, ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu, ilk özəl təhsil müəssisəsidir.
MTK 2001-ci il sentyabr ayının 1-də Ulu öndər, Ümummilli lider Heydər Əliyevin bilavasitə iştirakı ilə açılmışdır. Kompleksin peşəkar heyəti olaraq açılış mərasimində Ulu öndərin təhsil, məktəb, müəllim haqqında dediyi sözləri, verdiyi tövsiyələri əsas tutaraq bu məsuliyyəti öz üzərimizə götürürük. Əsas vəzifəmizin bizə əmanət etdiyiniz ən əziz və dəyərli saydığınız varlığın - uşaqların, gənc nəslin dövrün, cəmiyyətin tələbinə uyğun olaraq düzgün tərbiyəsindən, azərbaycanlı mənliyini, azərbaycançılıq ideyalarını özündə birləşdirən hərtərəfli inkişaf etmiş, layiqli övlad olmasından qürur duyduğunu hər yerdə müxtəlif dillərdə bəyan edə biləcək bir nəslin yetişdirilməsindən ibarət olduğunu bilirik.
MTK – dostluğun çox böyük bir əhəmiyyət kəsb etdiyi, əməkdaşlar və şagirdlər arasında qarşılıqlı hörmətin olduğu, xoşbəxt bir ailə ab-havasını hiss etdirən bir evdir. Bu ailənin hər bir üzvü uşaqların intellektual maraq, emosional stabillik və mənəvi hədəflərə əsaslanan güclü şəxsiyyət kimi yetişməsinə kömək edir. Biz şagirdlərimizin sürətlə qloballaşan bir dünyada yaşaması, oxuması və işləməsi üçün lazım olacaq intellektual, şəxsi,emosional və sosial bacarıqlarını inkişaf etdiririk.
Əlaqə vasitələri:
Qazanxana operatoru
Tələblər:
- Ali və ya orta ixtisas təhsil səviyyəsi
- Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsinin olması
- Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi.
- Müvafiq sahə üzrə sertifikatlara sahib olması
- Növbəli iş qrafiki ilə işləmə bacarığı
Öhdəliklər:
- Müəssisə qazanxanasını nəzarət altında saxlayır;
- Daxili təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunmasına nəzarət edir;
- Növbə sırasını təhvil verir;
- Rəhbərilik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Biz təklif edirik:
- Rəqabətə davamlı əmək haqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, hr@mtk.edu.az və hr.cv@mtk.edu.az ünvanlarına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” vəzifəsini qeyd etməyiniz xahiş olunur.