Caspian Innovation Center

Şirkət haqqında:
Caspian Innovation Center şirkəti 2017-ci ildə Azərbaycanın qlobal brendi olan SOCAR və dünyanın nəhəng İT şirkətlərindən biri olan IBM tərəfindən əsası qoyulmuş birgə müəssisədir. Şirkətin yaradılmasında məqsəd ölkəmizdə və ölkədən kənar regionlarda dünyada gedən rəqəmsal transformasiya prosesini uğurla həyata keçirərək iqtisadiyyatımızın inkişafına töhfə verməkdir. İnnovativ həll yolları vasitəsilə rəqəmsal transformasiya prosesini şirkətlərdə sürətləndirmək və onların dünya bazarında müasir tələblərə cavab verən və rəqabətə davamlı şəkildə fəaliyyət göstərməsini təmin etmək əsas vəzifələrimizdəndir.
Şirkətimizin əsas fəaliyyət istiqamətləri biznesin transformasiyası sahəsində yol xəritələrini təyin edərək müxtəlif növ proqram təminatlarının tətbiq olunması, mövcud və yeni tətbiq olunmuş proqram təminatlarına texniki dəstəyin göstərilməsi, Biznes Resursların Planlaşdırılması platformalarının SAP üzərində qurulması, elektron sənəd dövriyyəsinin tətbiqi, İT infrastrukturlarının qurulması və dəstək xidmətinin göstərilməsi kimi əsas istiqamətlərdən ibarətdir.
Əlaqə vasitələri:
SAP-də İnsan kapitalının idarəedilməsi üzrə aparıcı məsləhətçi (Proqram təminatı)
Vəzifə öhdəlikləri:
- Layihə qrupunun üzvü kimi bir və ya daha çox, orta və yüksək səviyyəli layihələrdə işləmək;
- SAP HCM, SAP SuccessFactors sistemlərini və tətbiqlərini texniki dəstək vermək;
- SAP HCM, SAP SuccessFactors sistemlərinə nəzarət etmək və problemləri həll etmək üçün müəyyən edilmiş prosedurları yerinə yetirmək;
- SAP HCM, SAP SuccessFactors sistemlərinin monitorinq hədlərini və alarmlarını müəyyənləşdirmək;
- SAP HCM, SAP SuccessFactors üzrə müxtəlif hesabat formalarını hazırlamaq;
- Sistem komponentlərini səhvlərlə bağlı müntəzəm olaraq yoxlamaq, düzəlişlər aparmaq, kompleks problemləri aradan qaldırmaq və SAP sistemindən kənar sistemlərlə inteqrasiya qurmaq;
- Server və klient avadanlıqları/proqram konfiqurasiyaları kimi müştəri dəstəkləri üçün sənədləri hazırlamaq;
- Yeni SAP texnologiyalarını araşdırmaq;
- CIC İnformasiya təhlükəsizliyi tələblərinə riayət etmək.
Bilik və bacarıqlar:
- Ali təhsil (texniki sahədə);
- Texniki təcrübənin, biznes prosesi biliklərinin güclü kombinasiyası;
- SAP HCM, SAP SuccessFactors sistemində azı 3 il iş təcrübəsi;
- SAP HCM, SAP SuccessFactors sisteminin tətbiqi üzrə- Dizayn, inkişaf, sınaq və yerləşdirmə daxil olmaqla, layihnin tam həyat dövrü üzrə təcrübə.
- Biznes proseslərinin modelləşdirilməsi və sənədləşdirilməsi sahəsində təcrübə, biznes proseslərini təhlil etmək və təkmilləşdirmək bacarığı;
- Sistemlərin və verilənlər bazasının idarə edilməsinin əsas bilikləri;
- İngilis dilində yazılı və şifahi qənaətbəxş olmaq;
- Davamlı təkmilləşdirməyə yönəlmiş fəal, komanda yönümlü münasibət bacarığı;
- Gərgin iş rejimində işləmə, çevik qərar vermə və problemi həll etmə bacarıqları;
- Mürəkkəb texniki məsələləri həll etmək üçün güclü analitik və problem həll etmə bacarıqları;
Biz nə təklif edirik:
- 5/2, 09.00-18.00
- Nahar xərcinin ödənişi
- İllik performans və layihə bonusları
- Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta və idman zallarına xüsusi endirim
- “Learning Hub” təlim platformalarına giriş