Beauttech by Elnara Nakhmedova

Şirkət haqqında:
Beauttech by Elnara Nakhmedova Gözəllik Salonlar Şəbəkəs,16 ildir uğurla fəaliyyət göstərən,yüksək korporativ mədəniyyəti ilə seçilən,şəhərin mərkəzində 6 böyük premium filialı olan, dinamik və innovativ bir salon şəbəkəsidir
Əlaqə vasitələri:
Administrator
BEAUTTECH Salonlar şəbəkəsi olaraq böyüməkdə olan şəbəkələrimizə Yeni Administratorların axtarışına davam edirik!
Sən də dinamik və prestijli gözəllik sahəsində karyera qurmaq istəyirsənsə, BEAUTTECH-də peşəkar komandanın bir hissəsi ol! İnkişaf etmək və uğurlar qazanmaq fürsətini qaçırma!
İş haqqında məlumat:
- Müştəriləri qarşılamaq, onları xoş atmosferdə qarşılayıb suallarını cavablandırmaq
- Telefon zənglərini idarə edib, uyğun şəxslərə yönləndirmək
- Müştəri bazasını yeniləmək və dəqiq informasiya təmin etmək
- Gündəlik salon əməliyyatlarını nəzarətdə saxlamaq və müştəri məmnuniyyətini maksimuma çatdırmaq
- Rezervasiyaları qəbul etmək və qrafikləri idarə etmək
- Komanda ilə birgə çalışaraq işçilərin iş qrafikini tənzimləmək
- Salonun təmizliyini və nizamını təmin etmək
- Müştərilərə xidmətlər haqqında məlumat vermək
Bizim üçün vacibdir:
- 1-2 il müvafiq iş təcrübəsi
- Azərbaycan və Rus dillərində danışıq (İngilis dili üstünlükdür)
- Müştərilərlə ünsiyyət bacarığı, operativ qərarvermə qabiliyyəti
- Kompüter bilikləri və ofis proqramlarından istifadə bacarığı
- Çevik həll yolları tapmaq bacarığı
- Yaş: 25-35, xanım namizədlər
Sizə nə təklif edirik?
- 700-1000 AZN maaş + performansa uyğun yüksəlmə imkanı və bonuslar
- Peşəkar komanda və dəstəkləyici iş mühiti
- Ödənişsiz gözəllik xidmətlərindən faydalanmaq
- Karyera və inkişaf imkanları, təlim proqramları
- Rahat iş qrafiki: 10:00 - 20:00 (həftədə 1 gün istirəhət günü)