Qafqaz İndustrial Elektronik

Şirkət haqqında:

Öz fəaliyyətinə 2016-cı ildə başlamış “Qafqaz İndustrial Elektronik” MMC   elektron cihaz və avadanlıqların təmirini yüksək səviyyədə həyata keçirən, bu sahədə Azərbaycan bazarında əhəmiyyətli paya malik olan aparıcı şirkətlərdən biridir.  Şirkətimiz sənaye, istehsalat, neft-qaz, telekommunikasiya, tibb, təhlükəsizlik, havalandırma və bir çox sair sahələrdə müştərilərinə  marka, model fərqi olmadan bütün növ elektron cihazların təmir və servis xidmətlərini, həmçinin sənaye avtomatlaşdırması üzrə proseslərin və   idarəetmə  sistemlərinin lahiyələndirilməsi, qurulması və optimalaşdırılması həllərini təklif edir.   

 Ölkəmizdə fəaliyyət göstərən bir çox müəssisələr, zavodlar və s. təşkilatlar zaman-zaman istismarında   nasaz vəziyyətdə olan  avadanlıqları təmir üçün xarici ölkələrə göndərmək və ya  xaricdən mütəxəssis cəlb etmək məcburiyyətində qalırdılar. Bu da öz növbəsində onlar üçün vaxt və maliyyə itgilərinə, işlərində ləngimələrə səbəb olurdu. Şirkətimizin  son texnologiyalarla təchiz olunmuş servis mərkəzi,  peşəkar mühəndislərdən  ibarət işçi heyəti müştərilərimizin qarşısında yara bilən ən mürəkkəb problemləri   operativ və keyfiyyətli həll etməklə yanaşı onları lüzumsuz xərclərdən , xarici təchizatçıların asılılığından və sair risklərdən azad etmiş  olur.       

Hədəfimiz müştərilərimizə kefiyyətli xidmətlər təqdim etməklə yanaşı onlara üstünlük qazandıraraq rəqiblərindən bir addım öndə tutmaqdır!

Əlaqə vasitələri:

Elektronika mühəndisi

İşin təsviri:

  • Texniki servisə təmir məqsədi ilə daxil olan bütün növ elektron avadanlıqların/cihazların/plataların aidiyyatı üzrə qeydiyyatının aparılması;
  • Elektron avadanlıqlara/cihazlara/platalara ilkin texniki baxışın həyata keçirilməsi, müvafiq qaydada diaqnostika işlərinin aparılması;
  • Nasazlıqların təsbit edilməsi, təmirin aparılması və təmir olunmuş hissələrinin yoxlanılaraq servis rəhbərinə təhvil verilməsi. 

Namizədə tələblər:

  • Elektronika sahəsində Ali və ya peşə təhsili;
  • Ölçü cihazları, lehimləyici avadanlıqlar və təmir üçün nəzərdə tutulan digər alətlərlə   peşəkar səviyyədə işləmə bacarığı;
  • Dövrə komponentləri, mikrokontrollerlər sahəsində əsaslı biliklərə sahib olmaqla yanaşı həmçinin onlardan  düzgün istifadə qaydalarını yüksək səviyyədə bilməli; 
  • Elektron (sənaye, tibb, telekommunikasiya və s)  avadanlıqların iş prinsipləri və onların istismarına dair təhlükəsizlik qaydaları haqqında məlumatlı olmalı; 
  • Elektronika avadanlıqlarının təmiri sahəsində ən azı 1 il iş təcrübəsi olmalı; 
  • Kompyuterdə sərbsət işləmə bacarığı;
  • Xarici dil biliyi arzuolunandır;
  • İşgüzar, məsuliyyətli və nizam-intizamlı.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək qanunverciliyinə əsasən sənədləşmə;
  • 6 günlük iş rejimi;
  • Həftə içi 09:00-17:00-dək;
  • Şənbə günü 09:00-14:00 -dək;
  • Nahar şirkət tərəfindən təmin olunur.  

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap