Azericard

Şirkət haqqında:
"Azərikard" MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda “Azərikard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir və onların hamısı - Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür. “Azərikard” MMC telekomunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin (Kart Transfer, VISA Direct, MasterCard Money Send), VTS, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.
Əlaqə vasitələri:
Layihə menecmenti şöbəsinin aparıcı mütəxəssisi (PM)
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Layihə menecmenti şöbəsinin aparıcı mütəxəssisi (PM)
Vəzifə öhdəlikləri:
- Beynəlxalq Ödəniş sistemlərinin xüsusiyyətlərini, işləmə prinsiplərini, BÖS tərəfindən layihələrin aparma prinsipləri üzrə dərin biliklər;
- Elektron ödənişlər, plastik kartlar və ekvayrinq şəbəkələri üzrə biliklər;
- Yüksək kommunikasiya təcrübəsi;
- Agile metodologiya ilə işləmə qabiliyyəti;
- Layihələrin idarəolunması əsaslarının bilikləri;
- Tapşırıqların düzgün formalaşdırılması;
- Tapşırıqların prioritetlər üzrə bolüşməsi;
- Layihə planlarının tərtib edilməsi və izlənilməsi;
- Böyük məlumat axını ilə işləmə qabiliyyəti.
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan və İngilis dili biliklərinin olması. Rus dili ( arzuolunandır );
- Müvafiq sahə üzrə minimum 2 il təcrübə;
- Komandada işləmək bacarığı;
- Güclü təhlil və riyazi bacarıqlar, strateji düşüncə qabiliyyəti;
- Jira proqramı ilə işləmə qabiliyyəti.