Foriella

Şirkət haqqında:
“Foriella” MMC Azərbaycan Respublikası Bakı şəhəri Balaxanı Sənaye Parkında yerləşən 6 000 m2 lik istehsal səhəsi ilə sərt ağac növü olan fıstıq (türkcə “kayın”) və palıddan masa, stul və oturmaq üçün digər mebellərin Qafqazda ən böyük istehsalçısıdır. Bzim əsas üstünlüklərimizdən biri də, ekoloji təmiz materiallar ilə yüksək dəqiqlikli avadanlıqlarda emal prosesinin həyata keçirilməsidir. Firma çox geniş çeşidli məhsul portfeli ilə Azərbaycan Respublikasından başqa öz məhsullarını Gürcüstan, Qazaxstan, Rusiya, Tacikistan, Qırğızstana və digər ölkələrə ixrac edir.
Firmanın missiyası yüksək keyfiyyət, təbii gözəllik və erqonomik rahatlığı təmin etməklə müştəri məmnuniyyətidir. Bizim prisipimiz tərəfdaşlarımızla uzun müddətli əməkdaşlıqdır.
Bu missiyaya uyğun olaraq da, firma tam qururudulmuş və buxarla yuyulmuş fıstıq və palıd ağacından istifadə etməklə məhsullarını istehsal edir ki, bu da məhsulların keyfiyyətinin və təbii gözəlliyinin əsas göstəricisidir. Boyama prosesi xüsusi robotlarla həyata keçirilir, bu da rənglərin canlılığını və təbiiliyini təmin edir. Rahatlığı təmin etmək üçün isə müştərilərin fərqli tələb, istək və sifarişlərinə uyğun olaraq oturma mebellər yüksək keyfiyyətli süngərlərlə yarı yumşaq və tam yumşaq şəkildə döşənir.
Əlaqə vasitələri:
Mühasib
İş yeri: Balaxanı Sənaye Parkı
Vəzifə öhdəlikləri:
- Bank əməliyyatları ilə (daxili və xarici köçürmə) işləmə bacarığı
- ƏDV depozit hesabı ilə işləmə bacarığı
- YGB və Gömrük əməliyyatları üzrə biliklər
- Kreditor borclarının uçotu və idarəedilməsi
- Elektron qaimələrin tərtibi
- Əməliyyatların Logix proqramında işlənməsi
Tələblər:
- Təhsil - Ali
- Rus və ingilis dilləri arzuolunandır
- Məsuliyyətli, dəqiq və peşakar
- MS Office proqramlarını bilmək (xüsusi ilə Excel)
- Vergi və Əmək Məcəlləsi üzrə biliklər
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş rejimi: 08:30 – 18:00 (Həftədə 5 gün. Şənbə günü-növbəli iş qrafiki)
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur