AZINTELECOM

Şirkət haqqında:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.
Əlaqə vasitələri:
Böyük anbardar
Departament: Təchizat zəncirinin idarəolunması/Anbar idarəetmə şöbəsi
Vəzifə öhdəlikləri:
- Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasını təmin etmək və müvafiq proqramlara daxil etmək;
- Anbarda olan mal-materialın və əsas vəsaitlərin fiziki vəziyyətinə nəzarət etmək;
- Anbarda olan mal-materialın və əsas vəsaitlərin sayının düzgünlüyünə nəzarət;
- Inventarizasiyanı həyata keçirmək;
- Mal materialnın və əsas vəsaitlərin hərəkətinə nəzarət;
- Anbarda olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
- Anbar qalıqlarının gündəlik qeydiyyatının aparılması;
- Çox istifadə olunan və tez-tez tələb olunan mal-materialların stok minimumuna nəzarət, az qalan və ya bitən mal-materiallar barədə aidiyyəti struktur bölməni yazılı şəkildə məlumatlandırmaq;
- Anbar ilə əlaqəli bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təşkil etmək;
- Anbarın hesabatının aparılması;
- Anbardakı malların dövriyyəsinin analizi;
- Anbar daxilində səliqə-səhmana və təmizliyə nəzarət etmək.
Tələb olunun biliklər:
- Ali təhsil
- Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
- MS Office proqramlarından yaxşı istifadə etmə bacarığı
- SAP MM və Fİ modulu anbar əməliyyatları üzrə təcrübə
- Azərbaycan dili səlis, rus və ya ingilis dilləri arzu olunan
- Məsuliyyət, dürüstlük və dəqiqlik
- Komandada işləmək bacarığı.