Mercury ERP

Şirkət haqqında:
10-dan çox ölkədə uğurla tətbiq edilən biznes proqram təminatıdır. Proqram vasitəsilə bütün biznesi bir mərkəzdən idarə edə bilərsiniz. Həmçinin biznesinizə aid satış, mal qalığı, işçi qüvvəsi və sair kimi vacib elementləri nəzarətdə saxlamaq imkanı yaradır.
Əlaqə vasitələri:
B2B Satış meneceri
Namizədə tələblər:
- Yaş həddi 25-40
- Azərbaycan və rus dilində səlis danışıq qabiliyyəti
- Müştəri ilə rahat ünsiyyət qurmaq, xidmətlər haqqında dolğun, ətraflı məlumatların təqdim etmək
- Satış planlaması
- B2B satış üzrə çalışmış şəxslər
- Bu sahə üzrə minumum 2 ildən çox təcrübəyə malik əməkdaşlar
- Aktiv və çalışqan
- Məsuliyyət, düzgünlük, dəqiqlik, analitik düşüncə kimi müsbət göstəricilər
- Kompüter bilikləri (excel, world və s.)
- ERP sahəsində çalışan namizədlərə üstünlük verilir
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin axtarışı, onlarla münasibətlərin inkişafı və müqavilə imzalanması ilə biznesin və gəlirin artımı üçün cəvabdeh olacaq
- Potensial korporativ müştərilər və onlarla əlaqə vasitələrinin təyin olunması, onların cəlb olunması yolları ilə bağlı həftəlik planların hazırlanması
- Korporativ satış fəaliyyətinin və hesablarına dair müntəzəm və xüsusi hesabatının hazırlanması
- ERP həllərinin təqdimatı və satışının həyata keçirilməsi
- Müştəri ehtiyaclarını analiz edərək uyğun həllər təklif etmək
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası
- Görülən işlərin prosedur və təlimatlara uyğun görülməsi
- Şirkətə aid məlumatın məxfiliyinin qorunması
- İşgüzar səfərlərin planlaşdırılması və icrası;
- Satışı olan hər bir xidmət üzrə hesabatların hazırlanması və mütəmadi olaraq rəhbərliyə təqdim edilməsi;
- B2B görüşlərin keçirilməsi, yeni müştərilərin cəlb edilməsi, müştərilərə xidmətlərlə bağlı ətraflı məlumatın verilməsi;
- Müştəri bazasının formalaşdırılması və uzunmüddətli əlaqələrin qurulması
- Digər şöbələrdə çalışan həmkarlara birbaşa şöbə və ümumilikdə şirkət ilə bağlı öhdəliklərin yerinə yetirilməsində mümkün köməkliyi göstərmək
İş şəraiti:
- Ünvan: Füzuli 49, SKS Plaza
- Maaş: Razılaşma yolu ilə
- Artan bonus