Group Motors

Şirkət haqqında:
The Official Distributor of Honda | Mazda | Mitsubishi | Subaru | Toyota | Ford
Əlaqə vasitələri:
B2B Satış üzrə Menecer
Əsas vəzifə öhdəlikləri:
- Korporativ satış strategiyasının formalaşdırılması və həyata keçirilməsi;
- Mövcud korporativ müştəri portfelinin idarə olunması və yeni müştərilərin cəlb edilməsi;
- Korporativ sifarişlərin idarə olunması, kommersiya təkliflərinin hazırlanması və təqdim olunması;
- Tender prosesləri üzrə müqavilə şərtlərinin razılaşdırılması, layihə icra planının hazırlanması və icraya başlayanadək bütün zəruri sənədləşmənin tamamlanması.
- Müştəri ehtiyaclarının təhlili və uyğun avtomobil modellərinin təklif edilməsi;
- Müqavilə şərtlərinin razılaşdırılması və korporativ satış prosesinin tam koordinasiyası;
- Korporativ satış planının yerinə yetirilməsi və satış göstəricilərinin monitorinqi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Bazar araşdırması və rəqiblərin fəaliyyətinin analizi əsasında satış imkanlarının müəyyənləşdirilməsi;
- Korporativ satış ilə bağlı hesabatların, analizlərin və proqnozların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Korporativ satış sahəsində sərgilər, təqdimatlar və PR tədbirlərində iştirakın təşkili və təmsilçilik;
- Leasing, sığorta, F&I məhsulları və digər əlavə xidmətlərin satışına dəstək göstərilməsi;
Namizədə dair tələblər:
- Ali təhsil
- Azərbaycan və Rus dillərini sərbəst bilməli, İngilis dili bilikləri arzuolunandır
- Avtomobil və ya korporativ satış sahəsində ən azı 3 il iş təcrübəsi
- Satış texnikaları, müqavilə hüququ və kommersiya danışıqları üzrə biliklər
- Avtomobil bazarı və texniki göstəricilər barədə ümumi anlayış
- Güclü analitik düşüncə və satış yönümlü yanaşma
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət, təqdimat və inandırma bacarıqları
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
İş haqqında:
- İş saatları: 09:00 – 18:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.