Bashak Supply

Şirkət haqqında:
Bashak Supply 2019-cu ildən Bakı şəhərində fəaliyyətə başlamışdır. Şirkətimiz işçi geyimləri (uniforma), çeşidli landşaf işləri, təmir-tikinti materialları, plastik qapı-pəncərə, elektrik avadanlıqları, kimyəvi təmizləyici məhsulları, müxtəlif mebel əşyalarının və bunun kimi bir çox məhsul və materialların təchizatı ilə məşğuldur. Şirkətimiz müştərilərə keyfiyyətli və vaxtında xidmət göstərməklə etibarlı tərəfdaşlarının sayını artırmışdır. Şirkətimizdəki gənc,istedadlı və savadlı kadrlar ilə biz bütün sahələr üzrə keyfiyyətli və peşəkar xidmət göstəririk.
Əlaqə vasitələri:
Satışa Dəstək üzrə Mütəxəssis
Vakansiya tələbləri:
- Ali təhsil,
- Mövcud sahədə ən az +2 il təcrübə,
- 23-30 yaş aralığında olan namizədlər,
- Ana dilində səlis danışıq,
- Müştəri yönümlülük, təqdimetmə bacarığı,
- Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı,
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı,
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə,
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi,
- Xanım namizədlərə üstünlük veriləcəkdir
Vəzifə öhdəlikləri:
- Yeni müqavilələrin bağlanması,
- Mövcud müştərilərlə danışıqların aparılması, məhsul və xidmətlər barəsində müştərilərin məlumatlandırılması,
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması,
- Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlərin aparılması və hesabatlar hazırlaması,
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması,
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi.
İş Qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 600-800 AZN,
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.