METAK

Şirkət haqqında:

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat  şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

Biz bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik və 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

Əlaqə vasitələri:

Xarici satınalma üzrə aparıcı mütəxəssis

İşin təsviri

  • Tələbnamələrə əsasən xarici bazarın araşdırılması və müqayisə olunması;
  • Satınalmalar üzrə tenderlərin keçirilməsi və sənədləşmə işlərinin aparılması,
  • Şirkət dəyərlərini rəhbər tutaraq satınalma proseduruna uyğun olaraq satınalma prosesini düzgün həyata keçirmək
  • Satınalmalar üzrə müxtəlif hesabatların hazırlanması;
  • Alınan malların keyfiyyətinə nəzarət edilməsi;
  • Gündəlik işlərin planlaşdırılması və analizi;
  • Sifarişlərin proqram təminatında yerləşdirilməsi və onların izlənilməsi;
  • Çatdırılmaya, logistika və nəqliyyata nəzarətin təşkili;
  • İş proseslərində yaranan risklərin müəyyən edilməsi və onların azaldılması üzrə təkliflərin verilməsi;
  • Satınalma proseslərinin səmərəliliyinin artırılması və davamlı təkmilləşdirilməsi üzrə təşəbbüslərin hazırlanması və icrası.

Tələblər

  • Ali təhsil (Texniki sahələrə üstünlük verilir);
  • İstehsalat sahəsində təcrübə (tikinti materialları, elektrik malları və ehtiyat hissələrini bilmək);
  • İri həcmli satınalma layihələrində və beynəlxalq danışıqlarda təcrübə;
  • Satınalma sahəsində 3 illik təcrübə;
  • Əla ünsiyyət, insanlarla ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Azərbaycan, ingilis və rus dillərində səlis yazı və danışıq qabiliyyəti;
  • Güclü analitik düşünmə və problem həll etmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Rəqəmsal alətlərdən (ERP sistemləri, analitik platformalar və s.) peşəkar istifadə bacarığı.

İş şərtləri

  • 5 günlük iş həftəsi;
  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap