Tam Store

Şirkət haqqında:
“Tam Store” MMC ölkəmizin pərakəndə satış sektorunda öz xüsusi payı olan və daim bu sahədə yüksəlməyi hədəfləyən marketlər şəbəkəsidir. “Tam Store” öz gənc və peşəkar komandası ilə ölkədə pərakəndə satış sektorunun inkişafına töhvə verəcək, hədəflərini yüksək tutan və bu yolda inamla irəliləyən missiyası vardır. Müəssisəmiz ölkə iqtisadiyyatının inkişafında xüsusi yeri olan “Avrora” MMC-nin 2023-cü il üçün başlatdığı ən böyük layihələrdən biridir. “Avrora” MMC respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi yönündə pərakəndə satış sektoruna innovativ, peşəkar və rəqabətədavamlı hədəflərilə yeni nəfəs verəcək “Tam Store” Marketlər şəbəkəsinin əsasını qoymuşdur.
Əlaqə vasitələri:
Elektrik
Əsas vəzifə öhdəlikləri:
- Elektrik kabellərinin və işıqlandırma sistemlərinin quraşdırılması;
- İşıqlandırmanı təmin etmək üçün daxili və xarici işıqlandırma qurğularının saxlanılması və təmiri (Requlyator,Generator,UPS);
- Elektrik problemlərinin və nasazlıqların diaqnoz etmək üçün testlərin keçirilməsi;
- Bütün sistemlərin fasiləsiz işləməsini təmin etmək üçün nasaz kabellərin, dövrlərin və elektrik komponentlərinin təmiri;
- Xüsusilə elektrik kəsilməsi və avadanlıq nasazlığı hallarında təcili təmir işlərinin görülməsi;
- Elektrik təchizatını izləmək və təmir işlərinin gecikmədən həyata keçirilməsini təmin etmək ücün lazım olan hissələrin sifariş edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Elektrik avadanlıqlarının quraşdırılması, təmiri və texniki xidmət bacarığı;
- Elektrik sxemlərini oxumaq və tətbiq etmək bacarığı;
- Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı.
Təhsil, iş təcrübəsi və digər tələblər:
- Elektrik sahəsində diplomun və ya müvafiq sertifikatın olması;
- Sahə üzrə minimum 2 il təcrübə;
- Şəxsi nəqliyyat vasitəsinin olması;
- Mağazalar şəbəkəsində iş təcrübəsinin olması üstünlükdür.
İş şərtlərimiz:
- İş qrafiki: 6 günlük;
- İş yeri: Ərazi.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə.