Rortvest Safety uniform

Şirkət haqqında:
1997-ciildə təsis edilmiş Coshgun Uniform MMC fərdi mühafizə vasitələrinin, işçi paltarlarının və peşə geyimlərinin istehsalını və satışını həyata keçirir.
2016 - cı ilin aprel ayından şirkətimizin adı dəyişdirilərək, rəsmi olaraq Rortvest Safety uniform adı altında fəaliyyətini göstərir.
Müasir texnalogiyalarla və yeni avadanlıqlarla təchiz olunmuş istehsalat sahəmiz, keyfiyyət və təhlükəsizlik sahəsində beynəlxalq standartların tələblərinə cavab verən məhsullar istehsal etməyə imkan verir. Məhsulların istehsalında yalnız yüksək keyfiyyətli xammallardan istifadə olunur. İstehsal olunan ümumi təyinatlı, odadavamlı, görünmə dərəcəsi yüksək olan və başqa tipli işçi geyimləri EN ISO 13688, EN ISO 20471, EN 343, EN 342, EN ISO 11611, EN ISO 11612, EN ISO 14116, EN 1149 kimi Avropa Standartlarının və Fərdi Mühafizə Vasitələri üzrə 89/686/EEC Təlimatının tələblərinə cavab verir.
Əlaqə vasitələri:
Xarici satinalma üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
- Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi
- İstehsalçı fabrikalardan qiymətlərin alınması, maliyyətinin çıxarılması;
- Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
- Alınan malların keyfiyyətinə nəzarət.
Tələblər:
- Ali təhsil;
- Xarici bazarı və onun özəlliklərini yaxşı tanımalı;
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
- Kompüter biliyi; (MS Office, 1C)
- Qeyd edilən sahə üzrə min 3 il iş təcrübəsi;
- Yaxşı Analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməsi;
- Müvafiq sahəyə uyğun sertifikatların olması və İT infrastrukturu üzrə tədarükçü bazasına bələd olması əsas tələbdir
- Satınalma sənədlərinin hazırlanma qabiliyyəti;
- Satınalma müqavilələri ilə işləmə bacarığı;
- Yüksək məhsuldarlıq və iri həcmli informasiyalarla işləmə qabiliyyəti;
- İngilis dilini mütləq bilməli (Rus dili arzu olunandır)
- Xanım namizədlər
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İş yeri: Sədərək ticarət mərkəzi
- Korporativ nömrə verilir;
- Nahar şirkət tərəfindən verilir
Əlaqə 050 393 23 30