Happy Baby

Şirkət haqqında:
“Happy Baby” Mağazalar şəbəkəsi 2016-ci ildə yaradılmış və hal-hazırda ölkəmizdə körpə məhsullarının satışı üzrə öncül yerdədir. Şirkətin təqdim etdiyi məhsullar düynada məhşur brendlərin yüksək keyfiyyətli və beynəlxalq sertifikatlara layiq görülmüş məhsullardır.
Əlaqə vasitələri:
Baş Satış Məsləhətçisi
İşin təsviri:
- Mağazada mövcud məhsul çeşidləri haqqında tam məlumatlı olmaq;
- Müştəriləri qarşılamaq, tələbatlarını öyrənmək və düzgün məhsul seçimi üçün dəstək göstərmək;
- Mallar barədə dolğun və ətraflı məlumat vermək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək;
- Müştəri sorğularını cavablandırmaq;
- Mağaza menecerinin tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmək;
- Mağazanın rəf və ekspozisiyasının səliqəli və tərtibli olmasına nəzarət etmək.
Namizədə tələblər:
- Cinsi: Qadın/Kişi
- Ali və ya orta təhsil;
- Satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Effektiv kommunikasiya və təqdimat bacarığı;
- Azərbaycan dili – sərbəst, Rus dili və İngilis dili üstünlükdür.
Şəxsi keyfiyyətlər:
- Satış sahəsində inkişaf və nəticəyə fokuslanma;
- Komandada işləmək və müstəqil qərar vermək bacarığı;
- Dürüst, nizam-intizamlı, məsuliyyətli və aktiv olmaq.
İş şərtləri:
- İş qrafiki: tam iş günü, 2 növbəli, 6 iş günü;
- İstirahət: həftədə 1 gün;
- Əmək haqqı: 600 AZN (net) + bonuslar (aylıq gəlir 950–1500 AZN);
- Bonus sistemi: performansa bağlı olaraq hər 2 aydan bir əlavə bonus imkanı;
- İldə 20 gün məzuniyyət;
- İldə bir dəfə xarici ölkəyə səfər imkanı;
- Peşəkar inkişaf və karyera irəliləyişi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə.
Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 54 A