Betonist

Şirkət haqqında:
Şirkətimiz Ağdam şəhəri, Ağdam Sənaye Parkında Prefabrik yığma dəmir beton məmulatları və hazır beton istehsal etməkdədir.
Əlaqə vasitələri:
İstehsalat Rəisi
İş şəraiti
- İş yeri: AĞDAM RAYONU, AĞDAM SƏNAYE PARKI
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Hazırda layihə və istehsalat şöbəmizə prefabrik dəmir-beton konstruksiya elementlərinin istehsalatı üzrə təcrübəli İstehsalat Rəisi axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Prefabrik dəmir beton məmulatlarının istehsal prosesinin planlanması, təşkili və idarə olunması.
- İstehsalın layihə üzrə aparılması və son kontrolların edilməsi.
- İstehsalatda texnoloji proseslərə, keyfiyyət standartlarına və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət.
- İşçilərin fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü və nəzarəti həyata keçirmək;
- İstehsalat avadanlıqlarının düzgün istismarı və vaxtında texniki baxışının təmin olunması;
- İstehsalat planlarının icrasını təmin etmək və hesabatların hazırlanması;
- Müvafiq dövlət orqanlarının tələblərinə və şirkət daxilində qəbul olunmuş SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) normalarına uyğunluğun təmin edilməsi.
- Sahədə yaranan suallara operativ texniki həllərin verilməsi.
- Müxtəlif layihə komandaları ilə sıx əməkdaşlıq (arxitektorlar, texnoloqlar, sahə mühəndisləri və s.).
Namizəddən gözləntilər və tələblər:
- Mühəndislik və ya tikinti sahəsi üzrə ali təhsil
- Prefabrik dəmir-beton, beton zavodu və ya oxşar istehsalat sahəsində ən azı 3 il iş təcrübəsi;
- İstehsalat proseslərinin təşkili və rəhbərliyi üzrə bilik və bacarıqlar;
- Komandada idarəetmə və qərarvermə qabiliyyəti;
- Güclü analitik və təşkilatçılıq bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmək, istehsalat hesabatları hazırlamaq bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində bilik üstünlükdür.
- Komandada işləmək bacarığı, məsuliyyətli və dəqiq iş prinsipi.
- Layihə üzrə vaxtında və keyfiyyətli texniki həllər təklif etmək bacarığı.
Biz sizə təklif edirik:
- Yüksək ixtisaslı mühəndis komandasında işləmək imkanı.
- Davamlı peşəkar inkişaf və təlim dəstəyi.
- Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı.
- Rəqabətli əmək haqqı.
- Rahat və təhlükəsiz iş şəraiti.
- Karyera yüksəlişi perspektivi.
- Qidalanma və yaşayış yeri