Minor Electronics

Şirkət haqqında:
“Minor Electronics” MMC 2017-ci ildən bu günə kimi müştəriləri üçün hədsiz imkanlar yaratmaqla onlara hər zaman keyfiyyətli məhsullar təqdim etməklə yerli bazarda fəaliyyət göstərən şirkətdir. Əsas hədəfimiz ilk növbədə müştəri məmnuniyyətini qoruyub saxlamaq və müştərilərimizi daha keyfiyyətli məhsullarla təmin etməkdir.
Mağazalarımızda müxtəlif rəqəmsal texnikanın geniş çeşidi: mobil və dekt telefonlar, televizorlar, planşetlər, kompüter və ofis texnikası, fotoaparatlar, videokameralar, audio və video texnikalar var. Böyük və kiçik məişət texnikalarından – soyuducu, paltaryuyan, qabyuyan, kondisioner, aspirator, sobalar, müxtəlif isidicilər, hər növ mətbəx texnikaları təqdim olunur. Satışda həmçinin idman sağlamlıq və əyləncə həvəskarları üçün Giroskuterlər də təklif olunur.
Əlaqə vasitələri:
Sürücü
İş barədə məlumat:
- Anbar və mağazalararası (Bakı və rayonlara) məhsul çatdırılması
- Məhsulların təhvil-təslim prosesinin həyata keçirilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların icra edilməsi;
- Fəhlə ilə birlikdə çatdırılmada iştirak etmək
İş şəraiti:
- İş rejimi: 6 günlük iş qrafiki
- Əmək haqqı: 600 AZN
Namizəd üçün tələblər:
- Təhsil: Orta
- Yaş: 25 – 40
- Cins: Kişi
- B,C kateqoriyalı sürücülük vəsiqəsi;
- Nizam-intizamlı, məsuliyyətli, işində dəqiqlik
- 1 ildən artıq sürücülük təcrübəsi
- Fiziki cəhətdən sağlam
- Kollektivdə işləmək bacarığı