Caspian Cable Systems

Şirkət haqqında:
Azərbaycan Respublikası, Abşeron rayonunda yerləşən “Caspian Cable MMC”, enerji və inşaat sektorunda Azərbaycan bazarının qabaqcıl firmalarından biridir. 80 000 m2 açıq, 10 000 m2 qapalı sahədə yerləşən fabrikimiz 60 nəfər işçi kollektivi, müasir texnologiya və təcrübəli mühəndis heyəti ilə, dünya keyfiyyət standartlarına uyğun məhsullar istehsal etməkdədir. “Caspian Cable MMC” fəaliyyətinə sadəcə elektrik kabelləri istehsal edərək başlasa da, 2019-cu ildə şirkətimiz böyüməyə gedərək internet və siqnal kabellərinin də istehsalına başlamışdır. Tamamilə yerli sərmayə və istehsala sahib olan “Caspian Cable MMC” geniş çeşiddə, müxtəlif ölçüdə mis və alüminium olmaq üzrə alçaq gərginlikli elektrik kabelləri, CAT5-CAT6-CAT7 ethernet (internet) kabelləri, koaksial (TV) kabelləri, siqnal kabelləri insan sıxlığının yüksək olduğu yerlərdə istifadə olunması məcburi olan və yandığı zaman toksik (zəhərli) qaz buraxmayan və yanmaya davamlı, halogensiz ya da yanmaz kabel (HFFR) istehsalı gerçəkləşdirməkdədir.
Əlaqə vasitələri:
Satış sənədləri və əməliyyatları üzrə mühasib-operator
Vəzifə öhdəlikləri:
- Müştərilərə təqdim olunan mallar və xidmətlər üzrə hesab-fakturaların və qaimə-fakturaların tərtib edilməsi.
- Elektron qaimələrin (e-qaimə) düzgün və vaxtında sistemə daxil edilməsi və göndərilməsi.
- Satış müqavilələrinin və digər əlaqəli sənədlərin hazırlanması və arxivləşdirilməsi.
- Satış əməliyyatlarının 1C, ERP və ya digər mühasibat proqramlarında qeydiyyatı və izlənməsi.
- Nağd və qeyri-nağd satışların dəqiq uçotu və sənədləşdirilməsi.
- Gündəlik satış əməliyyatlarının yoxlanılması və uyğunluğunun təmin edilməsi.
- Müştəri borclarının və ödənişlərinin gündəlik izlənməsi, ödəmə sənədlərinin yoxlanılması.
- Müştəri ilə üzləşmə aktlarının hazırlanması və razılaşdırılması.
- Gecikmiş ödənişlər üzrə xəbərdarlıqların və hesabatların hazırlanması.
- Gündəlik, həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Satış göstəricilərinin təhlili və trendlərin müəyyən edilməsi.
- Satış komandası ilə sıx əməkdaşlıq edərək sifarişlərin və satış proseslərinin uyğun şəkildə aparılmasına dəstək verilməsi.
- Anbar və logistika şöbələri ilə koordinasiya edərək məhsul hərəkətlərinin düzgün qeydiyyatını təmin etmək.
- Müştəri xidmətləri və digər əlaqəli şöbələrlə əməkdaşlıq edərək müştəri məmnuniyyətini artırmaq.
- Satışla bağlı bütün sənədlərin düzgün arxivləşdirilməsi və istənilən vaxt əldə olunacaq vəziyyətdə saxlanılması.
- Saışa aid elektron və fiziki sənədlərin təhlükəsizliyinin təmin edilməsi.
- Birbaşa rəhbəri tərəfindən verilən sahə üzrə digər tapşırıqların yerinə yetirilməsi.
Əsas tələblər:
- Yaş: 21-25
- Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili
- Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür.
- Microsoft Office proqramlarında işləmə bacarığı.
- ERP və digər mühasibat proqramlarında işləmək bacarığı
- Analitik düşüncə və detallara diqqət.
- Məsuliyyətlilik və operativlik.
- Komandada işləmə və effektiv ünsiyyət qurma bacarığı.
- Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı.
İş şərtləri:
- 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
- Əmək haqqı: 525 AZN.
- İş yeri Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşir. Seçim zamanı əsasən bu ərazidə yaşayanlara üstünlük verilir.
- Nahar və Servis Şirkət tərəfindən təmin olunur