Business Service Centre LTD
Şirkət haqqında:
“BSC Group” məhz bu dəyərlərə verdiyi önəmi sayəsində 1997-ci ildən hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır. Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinin bizneslərinə göstərdiyi konsaltinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “BSC Group”-un töhfəsi xüsusi olmuşdur. Məhz bunun məntiqi nəticəsində məmnun müştərilərin məsləhəti ilə “BSC Group” bir çox yeni yeni müştərilərin etibarını da qazana bilmişdir. Hal-hazırda təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 100-dən artıq şirkətlə uğurla əməkdaşlıq edir.
Əlaqə vasitələri:
SƏTƏM üzrə mütəxəssis
Gəncədə yeni yaradılmış servis mərkəzi SƏTƏM üzrə mütəxəssis axtarışındadır
Vəzifə öhdəlikləri
- Avtobusların texniki xidməti və təmiri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etmək;
- İşçilər üçün giriş və dövri təlimatların keçirilməsi;
- Fərdi mühafizə vasitələrinin istifadəsinə nəzarət etmək;
- Avadanlıqların, alətlərin və iş sahələrinin təhlükəsiz istismarına nəzarət etmək;
- Qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, hesabat və sənədləşmə aparmaq;
- Peşə risklərinin azaldılması üçün tədbirlərin hazırlanması və tətbiqi;
- Nəzarət orqanları ilə əməkdaşlıq etmək.
Tələblər:
- Ali texniki təhsil və müvafiq sertifikatlar.
- Əməyin mühafizəsi sahəsində iş təcrübəsi üstünlükdür;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini və müvafiq normativ aktları bilmək;
- Sənədləşmə işlərini aparmaq və işçilərə təlim keçmək bacarığı;
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmaq.
İş şəraiti:
- 6 günlük iş şəraiti
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.